Icma.az
close
up
RU
Orta təbəqənin mövcudluğu sabitliyin əsas şərtidir MÜNASİBƏT BİLDİRİLDİ

Orta təbəqənin mövcudluğu sabitliyin əsas şərtidir MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Əgər tarixə nəzər salsaq, görərik ki, oxuduqlarımızdan və bildiklərimizdən məlum olur: bütün dövrlərdə cəmiyyətdə sosial təbəqələşmə mövcud olub. Tarixi formasiyaları təhlil etsək, aydın olar ki, hər bir dövrdə bu proses davam edib. Bunun əsas səbəbi insanın sosial varlıq olmasıdır. Təbiidir ki, insanlar yaşadıqları cəmiyyətdə müəyyən təbəqələrə bölünüblər. Hətta qədim zamanlardan tayfalar və qəbilələr formasında insanlar bir-birindən sosial baxımdan fərqləniblər". Bu sözləri SİA-ya açıqlamasında "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova deyib.

Onun sözlərinə görə, formasiyalar dəyişdikcə təbəqələşmə də yalnız formasını və adını dəyişib: "Bu gün sosial təbəqələri aşağı, orta və yuxarı təbəqə kimi adlandırırıq. Müasir dövrdə isə əsas hissəni təşkil edən orta təbəqə, təəssüf ki, ya çox zəifdir, ya da ümumiyyətlə mövcud deyil. Halbuki orta təbəqənin olması cəmiyyətdə balansı qoruyur və sosial sabitlik yaradır. Çünki hər kəs varlı ola bilməz, amma hər kəs də yoxsul olmamalıdır. İnsanlarda müəyyən eqo hissi mövcuddur: kimisi özünü digərlərindən üstün sayır, kimisi isə imkanlarına görə daha aşağı statusda olur. İstəmirik ki, aşağı təbəqə mövcud olsun, amma bu, bizim iradəmizdən asılı olmayan reallıqdır. İnsanlar bacarıqlarına, biliklərinə və dünya görüşünə uyğun olaraq həyatlarını formalaşdırır, müəyyən sosial status qazanırlar.

Məsələn, orta məktəbdə oxuyan uşaqlara nəzər salsaq, görərik ki, 30 nəfərlik sinifdə on nəfər çox yaxşı oxuyur, on nəfər orta səviyyədə, digər on nəfər isə ümumiyyətlə dərsə maraq göstərmir. Bu da göstərir ki, fərqlilik insanın özündən qaynaqlanır. Sosial təbəqələşmə cəmiyyətin inkişaf prosesi ilə sıx bağlıdır və tarixi formasiyalardan irəli gəlir. Mən düşünürəm ki, orta təbəqənin mövcudluğu sosial sabitliyin əsas şərtidir. Əlbəttə, istəyərdik ki, cəmiyyətimizdə hamı savadlı, bacarıqlı və faydalı olsun. Amma insanlar müxtəlif xarakterə, müxtəlif düşüncəyə malikdir. Ona görə də bu prosesi tamamilə dəyişmək mümkün deyil.

İnsanlar öz həyatlarını qurarkən və özlərini təqdim edərkən elə davranmalıdırlar ki, cəmiyyət onlara dəyər versin. Bu halda həm maddi, həm də mənəvi baxımdan uğur qazanmaq mümkündür. İnsan özünə sual verməlidir: niyə bu gündəyəm, nəyi dəyişə bilərəm? Çünki bu, onun şəxsi inkişafı ilə bağlı məsələdir.

Təkcə təhsil deyil, bacarıq da önəmlidir. Dövlət də əlindən gələni edir. Son illərdə sosial sahədə aparılan islahatlar insanların rifah halının yüksəldilməsinə yönəlib. Amma biz vətəndaş olaraq dövlətin dəstəyindən düzgün istifadə etməli, həm ailəmizə, həm də cəmiyyətə faydalı olmalıyıq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Sentyabr 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri