Icma.az
close
up
RU
Ərazidə Rusiya bayrağı qaldırıldı: Dəhşətli müharibə yeni mərhələyə KEÇİR

Ərazidə Rusiya bayrağı qaldırıldı: Dəhşətli müharibə yeni mərhələyə KEÇİR

Icma.az, News24 portalına istinadən məlumat verir.

Ötən gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü keçirilib. Görüşdə əsas müzakirə mövzusu Vaşinqtonun Kiyevə gələcək dəstəyi və Rusiya-Ukrayna müharibəsinin mümkün həll yolları olub.

Ukrayna nümayəndə heyətinə Prezident Ofisinin rəhbəri Andrey Yermak, xarici işlər naziri Andrey Sibiqa, Prezident Ofisi Aparatı rəhbərinin müavini Pavlo Palisa və müdafiə naziri Rustem Umerov rəhbərlik edib. Görüşün yekununda Ukrayna ABŞ-nin təklif etdiyi 30 günlük atəşkəs təşəbbüsünü qəbul etməyə hazır olduğunu bəyan edib. Bu barədə yayımlanan birgə bəyanatda bildirilir ki, Ukrayna sülhə nail olmaq üçün addımlar atmağa razıdır. Sənəd Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisinin rəsmi saytında dərc edilib.

Lakin bu proses fonunda Rusiya ordusu yeni hərbi əməliyyatlara başlayıb. Bu gün səhər saatlarında Rusiya ordusunun Kursk vilayətinin Suca şəhərinə daxil olduğu barədə məlumat yayılıb. “Maş” Teleqram kanalının məlumatına görə, Ukrayna hərbçiləri şəhəri tərk edərək, Sum vilayəti istiqamətində geri çəkiliblər.

Bu hadisələr fonunda Rusiya-Ukrayna müharibəsinin gedişatında nələr dəyişəcək?

Siyasi şərhçi Rizvan Hüseynov News24.az-a açıqlamasında bildirib ki, hazırda proses olduqca mürəkkəb və çoxşaxəli şəkildə davam edir. 

Onun sözlərinə görə, Kursk vilayətində baş verənlər iki ölkə arasında müəyyən səviyyədə sövdələşmənin ola biləcəyi ehtimalını artırır.

"Hazırda Rusiya ordusu Kursk vilayətinin Suca şəhərinə daxil olub və orada öz bayraqlarını qaldırıblar. Ukrayna ordusu bölgəni tərk edib. Hazırda ərazidə Rusiya bayrağı dalğalanır. Bu onu göstərir ki, hansısa sövdələşmə var, amma birinci addımı Ukrayna atdı. Cavab olaraq Rusiyanın atacağı addım maraq doğurur. Rusiya isə tələblərini çoxaldır və atəşkəsə razı olmur. Onlar bəyan edirlər ki, Ukrayna tərəfi 30 gün ərzində fürsət əldə edərək ordunun mövqeyini dəyişib müharibənin davamı üçün daha əlverişli strateji məkanlar seçəcək. Atəşkəsin əldə olunması üçün Ukrayna addımlar atır, amma Rusiya tərəfi bunu qəbul etmək istəmir", - deyə o əlavə edib

Politoloqun fikrincə, Ukraynanın geri çəkilməsi və Rusiyanın nəzarəti ələ keçirməsi bəzi siyasi və hərbi razılaşmaların ola biləcəyi ehtimalını yaradır. Bununla belə, Rusiya tərəfinin mövqeyi olduqca sərtdir və atəşkəsi qəbul etmədiklərini açıq şəkildə bəyan edib.

"Bu hadisələr müharibənin gələcək gedişatına dair bir sıra suallar yaradır. Ukrayna ABŞ ilə əməkdaşlıq çərçivəsində atəşkəs əldə etməyə çalışsa da, Moskvanın bu təşəbbüsə qarşı sərgilədiyi sərt mövqe müharibənin yaxın zamanda bitəcəyinə dair nikbinliyi azaldır. Ukraynanın atəşkəsi qəbul etməsi, əslində, onun hərbi mövqeyini gücləndirmək məqsədi daşıyır. Rusiya isə bunun əksini iddia edərək, müharibənin davamı üçün daha sərfəli mövqelər tutmağa çalışır.

Gələcək günlərdə danışıqların hansı istiqamətdə inkişaf edəcəyi və tərəflərin hansı addımlar atacağı müharibənin taleyini müəyyən edə bilər. Rusiya və Ukrayna arasındakı münaqişənin həll olunması üçün diplomatik təşəbbüslər davam etsə də, hərbi vəziyyətin daha da mürəkkəbləşəcəyi ehtimalı yüksək olaraq qalır", - deyə Rizvan Hüseynov qeyd edib. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://news24.az
archiveBu xəbər 12 Mart 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see293

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see269

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see199

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see196

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see142

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see141

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see140

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see138

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see135

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri