Icma.az
close
up
RU
Kiyevin güzəştləri: Müharibə yeni mərhələyə keçir?

Kiyevin güzəştləri: Müharibə yeni mərhələyə keçir?

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son günlər Almaniyanın “Bild” nəşrinin yaydığı məlumat Ukrayna müharibəsi ətrafında geosiyasi dinamikanın dəyişdiyini bir daha göstərdi. Bildirilir ki, Kiyev 100 gün ərzində seçkilər keçirməyə, NATO üzvlüyündən imtina etməyə və mövcud təmas xəttini “dondurmağa” hazır olduğunu bəyan edib.

Bu xəbər həm Ukraynanın siyasi mövqeyində dönüşün baş verə biləcəyinə, həm də Qərb-Ukrayna münasibətlərində yeni reallıqların formalaşdığına işarədir. ABŞ administrasiyasının Ukraynaya təzyiq etdiyi, Kiyevin isə müharibəni davam etdirmək üçün hərbi və maliyyə resurslarının tükəndiyi fonunda belə addımların gündəmə gəlməsi təsadüfi deyil. Məsələ ondadır ki, bu güzəştlər yalnız daxili siyasi qərar deyil, həm də Ukraynanın gələcək təhlükəsizlik arxitekturasını müəyyən edə biləcək strateji dəyişiklikdir.

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, Kiyevin NATO üzvlüyündən imtina etməyə hazır olması Ukraynanın artıq əvvəlki kimi Qərb təhlükəsizlik mexanizmlərinə tam güvənmədiyini göstərir. Bu, həm də ABŞ-ın Ukraynanı sürətli sülhə yönəltmək üçün təzyiqlərini artırdığını göstərən açıq siqnaldır. Rusiya üçün isə belə addım böyük diplomatik qələbə hesab edilə bilər, çünki Moskva müharibənin əvvəlindən bəri NATO məsələsini əsas “qırmızı xətt” kimi təqdim edib:

“Ukrayna bu qərarla həm müharibəni dayandırmaq, həm də Qərbdən yeni maliyyə təminatlarını əldə etmək istəyir. NATO-dan imtina həm Ukraynanın seçimlərini məhdudlaşdırır, həm də onun gələcək təhlükəsizlik modelini qeyri-müəyyən vəziyyətə salır. Lakin Kiyev üçün hazırkı şəraitdə bu güzəşt siyasi reallığın məcburi nəticəsi kimi görünür”.

Müsahibimiz hesab edir ki, Ukraynada hərbi vəziyyət davam etdiyi üçün 100 gün ərzində seçki keçirmək texniki baxımdan böyük problemlər yarada bilər. Onun sözlərinə görə, lakin Qərbin siyasi təzyiqləri Zelenski administrasiyasını belə addıma məcbur edə bilər:

“Seçkilər Zelenskinin legitimliyini yenidən təsdiqləmək məqsədi daşısa da, nəticələrin qeyri-müəyyənliyi onun komandasına əlavə risk yaradır. Ukrayna cəmiyyəti müharibə yorğunluğuna məruz qalıb və seçki prosesi bu yorğunluğu daha da dərinləşdirə bilər. Yeni seçki həm daxili siyasi qüvvələr arasında balansı dəyişə, həm də sülh məsələsində yeni siyasi xətt formalaşdıra bilər. Bu səbəbdən, seçkilər həm risk, həm də yeni başlanğıc imkanı kimi görünür”.

Züriyə Qarayeva: Vaşinqton Kiyevdən real danışıqlar xəttini qəbul etməyi gözləyir

Mövcud təmas xəttinin “dondurulması”nın Ukrayna-Rusiya müharibəsində hansı nəticələrə səbəb olacağına gəlincə, müsahibimiz qeyd edib ki, təmas xəttinin dondurulması əslində münaqişəni faktiki olaraq “donmuş müharibə” modelinə geri qaytarır. Bu model Dnestryanı, Abxaziya, Osetiya və Donbas nümunələrində olduğu kimi uzun illər davam edən qeyri-müəyyənlik yaradır:

“Kiyev üçün bu addım müharibəni dayandırmaq baxımından taktik qazanclar versə də, ərazilərin geri qaytarılması perspektivini qeyri-müəyyən vaxta qədər uzadar. Rusiya belə bir modeldə daha rahat davranır, çünki status-kvo onun maraqlarına uyğun gəlir”.

Politoloqun fikrincə, bu qərar həm daxili siyasi müzakirələri qızışdıra, həm də Ukrayna cəmiyyətində ciddi narazılıq yarada bilər. Dediyinə görə, amma Ukraynanın hazırkı resurs çatışmazlığı fonunda bu variant Kiyevin yeganə manevr imkanlarından biri kimi görünür.

Z.Qarayeva bildirib ki, Vaşinqtonun əsas məqsədi müharibəni nəzarətli şəkildə dayandırmaq və resurs israfının qarşısını almaqdır. ABŞ həm Ukraynaya ayrılan maliyyə resurslarının məhdudlaşdığını, həm də daxildə siyasi təzyiqlərin artdığını nəzərə alır:

“Vaşinqton Kiyevdən real danışıqlar xəttini qəbul etməyi və sülhün əsas parametrlərini formalaşdırmağı gözləyir. ABŞ üçün Ukrayna artıq qlobal güc rəqabətinin bir instrumentinə çevrilib və bu instrumentin həddindən artıq bahalaşması Vaşinqtonun istəyi deyil. Ona görə də ABŞ Kiyevi sülhə yaxınlaşdırmaq üçün həm siyasi, həm maliyyə, həm də diplomatik təzyiqlər tətbiq edir”.

“Bu güzəştlər, əslində, ABŞ-nin Ukrayna müharibəsində yeni mərhələ strategiyasının açıq nəticəsidir”, - deyə Züriyə Qarayeva qeyd edib.

Zülfü Məmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Dekabr 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri