Ərdoğan: “Bu gün enerji tariximizdə yeni bir səhifə açırıq“
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Bu gün enerji tariximizdə yeni bir səhifə açırıq. Sanki üzən sənaye müəssisəsi olan "Osman Gazi"ni iş yerinə - Qara dənizə yola salırıq".
Moderator.az-ın "Haber Global"a istinadən xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Osman Gazi" üzən istehsal platformasının yola salınma proqramına göndərdiyi videomesajda bildirib.
"Osman Gazi Türkiyə Əsri vizyonumuzun dənizlərdəki təzahürü olan "Mavi Vətən"in ilk fabrikidir. Üzərindəki 21 fərqli qurğusu ilə Sakarya Qaz Sahəsindəki quyulardan əldə etdiyi qazı emal edəcək və sualtı borular vasitəsilə Filyosa göndərəcək. Qara dənizdəki təbii qaz hasilatımız ikiqat artaraq, gündə 20 milyon kubmetrə çatacaq və 2027-ci ildən etibarən hər üç ev təsərrüfatından biri yerli təbii qazımızdan istifadə edəcək", - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, Qara dənizdəki Sakarya Qaz Sahəsində təbii qaz istehsalını ikiqat artıracaq Türkiyənin ilk üzən istehsal platforması "Osman Gazi" Filyosda təşkil edilən mərasimlə "Mavi Vətən"dəki fəaliyyət yerinə yola salınıb.
Qara dənizdə 20 il ərzində fəaliyyət göstərəcək platforma ilə məqsəd Sakarya Qaz Sahəsində gündəlik təbii qaz hasilatını 9.5 milyon kubmetrdən 20 milyon kubmetrə çatdırmaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 17 Oktyabr 2026 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















