Ərdoğan: İran regionda qeyri sabitliyi artıracaq addımlardan çəkinməlidir
Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Giorgia Meloni ilə telefon danışığında bildirib ki, Ankara İranla bağlı münaqişə tərəflərini regionda qeyri-sabitliyi artıracaq addımlardan çəkinməyə çağırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyə liderinin kommunikasiya şöbəsi məlumat yayıb.
"Prezident Ərdoğan Türkiyənin İrandakı hadisələri və onların regional təsirlərini yaxından izlədiyini və bütün tərəfləri qeyri-sabitliyi artıran addımlardan çəkinməyə çağırdığını bildirib. Türkiyə prezidenti həmçinin beynəlxalq ictimaiyyətin əməkdaşlığını tələb edən diplomatik platformanın gücləndirilməsini dəstəklədiyini bildirib. O, həmçinin İranla bağlı münaqişənin qlobal təhlükəsizliyi təhdid edə biləcək risklər daşıdığı barədə xəbərdarlıq edib", - deyə bəyanatda bildirilir.
Ərdoğan həmçinin vurğulayıb ki, Türkiyəni əhatə edən bölgədəki münaqişələr NATO üzv ölkələri arasında, xüsusən də müdafiə sənayesində əməkdaşlığın gücləndirilməsinin vacibliyini bir daha ortaya qoyub.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 06 Mart 2026 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















