Ərdoğan: Müharibəyə son qoyulması üçün tarixi addım atıldı
Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna nümayəndə heyətləri arasında iyunun 2-də İstanbulda keçirilən danışıqları münaqişənin həlli üçün tarixi addım adlandırıb.
Teleqraf xəbər verir ki, o, bu barədə Qurban bayramı münasibətilə xalqa videomüraciətində deyib.
“İyunun 2-də İstanbulda keçirilən görüş şimalımızda 4-cü ilinə qədəm qoyan qanlı müharibəyə son qoyulması istiqamətində atılan tarixi addım idi. Qonşumuz Suriyada yeni administrasiyanın ölkənin milli birliyi, ərazi bütövlüyü və davamlı inkişafı uğrunda apardığı mübarizəni yüksək qiymətləndiririk. İnanırıq ki, bölgədəki bütün qardaş ölkələrin dəstəyi ilə Suriya daimi sülhə nail olacaq və əvvəlki hüzurlu günlərinə qayıdacaq”, - Ərdoğan bildirib.
Prezident qeyd edib ki, Türkiyə Fələstindəki soyqırımın dayandırılması və Rusiya-Ukrayna müharibəsinin ədalətli sülhlə sona çatması üçün əlindən gələni edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 05 İyun 2025 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















