Ərdoğan NATO sammitində Trampa xüsusi qızılı revolver hədiyyə edib
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftə Donald Trampın NATO sammiti üçün Ankaraya səfəri zamanı ona qızılı, fərdiləşdirilmiş revolver və döyüş sursatı dəsti hədiyyə edib.
"Report" xəbər verir ki, bu barədə "Middle East Eye" nəşrinə bir neçə mənbə bildirib.
Həmsöhbətlərin sözlərinə görə, Ərdoğan sammitdə iştirak edən bütün NATO ölkələrinin liderlərinə oxşar fərdiləşdirilmiş revolverlər hədiyyə edib. Lakin yalnız Tramp üçün nəzərdə tutulmuş nüsxənin qızıl örtüyü olub.
Hədiyyə Ərdoğanla Tramp arasında münasibətlərin nəzərəçarpacaq dərəcədə yaxınlaşması fonunda təqdim edilib.
Xatırladaq ki, NATO ölkələrinin dövlət və hökumət başçılarının 36-cı sammiti 2026-cı il iyulun 7-8-də Ankarada keçirilib. Bu, alyansın Türkiyədə təşkil edilən ikinci sammiti (birincisi 2004-cü ildə İstanbulda baş tutub) olub.
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:110
Bu xəbər 13 İyul 2026 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















