Müharibə enerji nəhənglərinin mənfəətini rekord həddə çatdırıb
Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.
Müəllif:Mehin Qasımova,Banco.az
Yaxın Şərqdə müharibə və enerji təchizatında yaranan fasilələr qlobal bazarlarda neft və təbii qazın bahalaşmasına səbəb olub.
Banco.az xəbər verir ki,bu vəziyyət iri enerji şirkətlərinin mənfəətində kəskin artımla nəticələnib.
Britaniyanın enerji nəhəngi Shell-in üçüncü rübdə vergi sonrası mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox artaraq 12,1 milyard dollara çatıb.
Fransanın "TotalEnergies" şirkəti də iyul-sentyabr aylarında rekord nəticə göstərərək 8,3 milyard dollar xalis mənfəət əldə edib.
İspaniyanın "Repsol" şirkətinin isə ilin ilk doqquz ayında xalis mənfəəti dörd dəfə artaraq 5 milyard avroya yüksəlib.
Mənfəət artımının əsas səbəbləri Yaxın Şərqdən neft və qaz tədarükündə yaranan fasilələr, enerji qiymətlərinin yüksəlməsi və neft emalı marjalarının genişlənməsi olub.
Məlumata görə, neft emalı zavodlarının barel üzrə mənfəət marjası ikinci rübdəki 24 dollardan üçüncü rübdə 42 dollara yüksəlib. Bu göstərici 2022-ci ildə qeydə alınmış əvvəlki rekordu da üstələyib.
"Shell" və "TotalEnergies" yüksək mənfəətdən səhmdarlara ödənişlərin artırılması üçün də istifadə edirlər.
Qeyd edək ki, enerji bazarındakı mövcud vəziyyət 2022-ci ildə Rusiya-Ukrayna müharibəsindən sonra yaranan enerji böhranı ilə müqayisə olunur.
Enerji sektorunda mənfəət hesabatları davam etdikcə, Britaniyanın enerji şirkəti "BP" , ABŞ-da yerləşən "Chevron" və "ExxonMobil" ilə birlikdə üçüncü rüb maliyyə nəticələrini cümə günü açıqlayacaqları gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 30 Oktyabr 2026 09:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















