Icma.az
close
up
RU
Ərdoğan: Ortaq coğrafiyamızı sülh bölgəsinə çevirəcəyik

Ərdoğan: Ortaq coğrafiyamızı sülh bölgəsinə çevirəcəyik

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriya prezidenti Əhməd əş-Şara arasında danışıqlar olub. Danışıqlardan sonra prezidentlər birgə mətbuat konfransında çıxış ediblər. Məlumatı “Anadolu” verib. 

Prezident Ərdoğan çıxışında Türkiyənin ən çıxılmaz və çətin günlərində dərd içində olan Suriya xalqını tərk etmədiyini, Ankaranın yeni dövrdə onlara lazımi dəstəyi verəcəyini qeyd edib: “Suriya xalqı 13,5 ildir ki, hər cür vəhşiliyə məruz qalıb. Onlar hər cür qeyri-insani qırğınlara, o cümlədən kimyəvi qırğın silahından istifadəyə məruz qalıblar. Keçmiş rejimin və terror təşkilatlarının hücumları nəticəsində 1 milyona yaxın suriyalı bacı və qardaşımız, təəssüf ki, həyatını itirib. Milyonlarla suriyalı evlərini, doğulduğu yerləri və doğulduğu torpaqları tərk etmək məcburiyyətində qalıb. Amma bütün bunlara baxmayaraq, Suriyanın igid oğulları qəddar rejim və onun havadarları ilə mübarizədən heç vaxt əl çəkməyiblər. Sonda dekabrın 8-də qələbə Suriya xalqına məxsus oldu”.

Türkiyə prezidenti bildirib ki, tərəflər Suriyada təhlükəsizliyin və iqtisadi sabitliyin bərqərar olması üçün atılacaq birgə addımları dəyərləndiriblər.

“Xüsusən də Suriyanın şimal-şərqini işğal edən separatçı terror təşkilatı və onun havadarlarına qarşı atılması lazım olan addımları müzakirə etdik. Mən dedim ki, istər İŞİD, istərsə də PKK terrorizminin bütün növləri ilə mübarizədə Suriyaya lazımi dəstəyi verməyə hazırıq. Suriyanın şimal-şərqindəki düşərgələrə nəzarət kontekstində onlarla birlikdə olduğumuzu da təsdiqlədik. Mən Əhməd əş-Şaranın terrorizmlə mübarizədəki güclü iradəsindən məmnun olduğumuzu bildirmək istərdim. Ölkələrimizi və regionumuzu xilas etmək baxımından bizim səylərimizi eyni məqsədə uyğun birləşdirməkdən başqa yolumuz yoxdur. Ümid edirəm ki, həmrəyliklə hərəkət etməklə, ümumi coğrafiyamızda terrorsuz sülh və etimad mühitinin tam şəkildə hökm sürməsini təmin edəcəyik”.

P.ƏMİRCANOV

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Fevral 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri