Icma.az
close
up
RU
Osmanlının ilk pritonları Türkan Turan yazır

Osmanlının ilk pritonları Türkan Turan yazır

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Türkan TURAN

İstanbula gəlib, Bəyoğluna ayağı dəyməyən insan yoxdur. Ölkəyə daxil olan hər kəsin ilk ünvanı qalacağı yer, ikincisi isə Bəyoğludur. Çünki Bəyoğlu İstanbulun ən önəmli parçasıdır - həm tarix, həm də mədəniyyət baxımından. Əslində, Bəyoğlundan çox yazmışam, amma budəfəki mövzum nə onun tarixidir, nə də mədəniyyəti, bu dəfə o dönəmdə yaranan pritonlardan - fahişəxanalarından bəhs edəcəyəm. Yolum Bəyoğlunun Zürafə küçəsindəki hazırda fəaliyyət göstərməyən və qapalı qalan, Osmanlı dönəmindən qalma fahişəxanalaradır. Bu iş hər nə qədər İslam kültürünə zidd olsa da, xüsusilə Osmanlı İmperatorluğunun son dönəmlərində sürətlə yayılmışdı. Əslində, Osmanlının hər dönəmində fahişəlik var idi, bütün dünya ölkələrində olduğu kimi, amma rəsmi icazə ilə işləyən ilk fahişəxanalar Sultan Abduləziz dönəmində qurulmağa başlayır. Hətta iş o həddə çatır ki, xalq həmin məkanların olduğu küçələrə adlar verməyə başlayır: "Mələk girməz", "Şeytan çıxmaz" küçəsi və sairə kimi...

Vəba güclüdür, yoxsa cəhalət?

Vəziyyət elə gətirir ki, fahişəxanalar qurulandan bir müddət sonra vəba xəstəliyi yayılır. Qara camaat ayağa qalxır, vəba xəstəliyinin yayılmağına səbəb kimi başdan ayağa fahişəxanalar, meyxanələrlə dolu olan bu küçə göstərilir. Bir yığın cahil də buna inanır və həmin yerləri dağıdırlar. Küçənin əxlaqsızlıqla nam salan şöhrətini unutdurmaq üçün yerində Hidayət məscidi inşa edirlər. Ancaq aradan bir müddət keçir və İstanbulda fahişəxanalar yenidən açılmağa başlayır. Dövlət qadağalar qoyur, amma fahişəlik fərman dinləmir. Artıq qeyri-qanuni şəkildə açılan bu məkanların öhdəsindən gəlməyi bacarmayan Osmanlı, 1884-cü ildə təlimatnamə ilə ilk rəsmi fahişəxananın açılmağına dair əmr imzalayır. Bir müddət sonra Qalatadakı bu yerlərin sayı dörd yüzü keçir.

Lanqa Fatma

Osmanlı tarixçisi və dövlət adamı Cevdət Paşanın araşdırmalarından öyrənirik ki, ilk fahişəxananın idarəçisi Lanqa Fatma adlı qadın idi. İstanbulun zəngin insanlarına xidmət edən bu məkan Ədirnəqapıdadır. Lanqa Fatmanın bu işlə birlikdə ulduzu elə parıldayır ki, dönəmin məşhur şairləri şeirlərində ona mədhiyyələr düzür. Ona aid fahişəxanalarda işləyən qadınların "qartopu Şöhrət, gümüşgərdan Ülfət, Vüslat, candayanmaz Zilan, qaymaq boşqabı Sərvət, Zinət" kimi ləqəbləri varmış. Lanqa Fatmaya söz deməyə heç kimin cürəti çatmırmış, heç polisin də. Çünki onun müştəriləri İstanbulun önəmli şəxsləri idi. Ağalar, bəylər, paşalar Fatmanın qapısında sıraya düzülüb, növbə gözləyirmişlər. Yəni keçmişdə fahişəxanalar müəyyən kəsimə xidmət edirdi, xalq səviyyəsinə enməmişdi. Ta ki, Lanqa Fatmanın ölümündən sonra onun idarə elədiyindən qat-qat aşağı səviyyədə olan Lüks Nərminin və Erməni Marhilda Manikunyanın açdıqları fahişəxanalara qədər... Yeri gəlmişkən, Bəyoğlunun Zürafə küçəsində pandemiyaya qədər fəaliyyət göstərən fahişəxananın sahibi erməni Matilda Manukunyan idi.

Matilda Manukunyan

Matilda digərlərindən fərqli olaraq varlı ailənin qızı idi. Üstəlik, Notre Dame de Sion kimi məktəbdən məzun idi. Atası erməni tenor, anası isveçrəli balerina idi. Ancaq həyata bir-sıfır irəlidə doğulmaq, daima şanslı olacağına dəlalət etmir. Matilda ailə qurduqdan sonra ana və atası ölür. Bir oğlu dünyaya gəlir, sonra şərtlər onu boşanmağa vadar edir. O vaxt varlı adamların ödədiyi "varlıq vergisi" onu əlindəki sərvətdən edir. Maddi imkansızlıqdan dərzilik etməyə başlayır. Həmin vaxt atasından ona qalan evdə fahişəxanalardan birinin idarəçisi qalırdı. Matildanın vəziyyətini görür və şərikli fahişəxana işlətməyi təklif edir. Beləliklə, Matildanın macərası başlayır. Qısa müddətdə hamını heyrətə salacaq qədər yüksəlir. Çox güclü insanlar arxasında dayanır. Yəni əli iqtidara qədər uzanan bir qadına çevrilir. Hətta bir gün məhkəməyə aparılır. Hakim onu şəxsən sorğulayır. Matilda hakimə, "bu axşam buradan ya mən, ya da siz ayrılacaqsınız" deyir. Çünki sorğulandığı bina onun şəxsi mülkü imiş. Polislərin qolundan tutub apardığı binadan Matilda o axşam can güdənləri ilə çıxır və timsah dərisindən olan "Rols Roys" avtomobilinə minir və oradan gedir. 1990-cı illərdə 6 dəfə vergi rekordçusu olur. Özü də qürurla deyirdi, "namusumla işləyirəm", yəni qanun çərçivəsində, doğru işləyərək, vergisini verərək, qadın satan, fahişə alverçisi idi. Öldükdən sonra ondan geriyə İstanbulda 500 ev, 70 iş mərkəzi bina, Yalovada 200 ev, 4 min hektarlıq ərazi, İkitelli Sənaye bölgəsində min hektarlıq ərazidə iki fabrik, Antalya və Alanyada ikisi 4 ulduz, biri 3 ulduz olan otel, Böyükadada köşk, 18 metrlik yaxta, BMV, "Mersedes", "Rolls roys" avtomobilləri, kilosu bilinməyən zinət, qızıl, qiymətli daşlar qalmışdı. Bu rəqəmlər fantastik görünə bilər, amma həqiqətdir. Hətta bundan daha artığının olduğu ehtimalı da var.

Yeri gəlmişkən, dövlət ödədiyi vergiyə görə Matildaya "Dövlətə üstün xidmətinə görə" medalı vermişdi. Hətta 90-cı illərdə bu məsələ xeyli müzakirələrə səbəb olmuşdu. Dünyanın heç bir yerində qadın alverçisinə bu cür medalın verilməyinin mümkünsüz olduğunu, bu anormallığın Türkiyədə necə baş verdiyini deyərək, dövləti ciddi tənqid etmişdilər.

Lüks Nərmin

Langa Fatmanın ölümündən sonra meydana çıxanlardan biri də Lüks Nərmin idi. O da yuxarı təbəqəyə xidmət edən fahişəxana açır. Covanna Skomnamillonun "Bəyoğlunda fahişəliyin tarixi" adlı kitabda Lüks Nərmindən, onun işlərinin qüsursuzluğundan bəhs edilir. İdarə elədiyi fahişəxananın fransız tərzində olan, fransızca, ingiliscə danışan qızlardan bəhs edilir. Hətta qızların sayının az, beş, bəlkə də altı olduğu deyilir. Fəqət xidmətdə "yox" deyilən kəlmənin olmadığı vurğulanır".

Həqiqətən də, Nərmin dünyanın ən gözəl qızlarını burada işlədirdi. Elit təbəqəyə xidmət edirdi, həmin şəxslər də Nərmini qoruyurdu. İşlətdiyi fahişəxana 15 ildə iki dəfə polis basqınına məruz qalır. İkinci basqından sonra evi tamamilə yeniləyir, tavanları güzgülədir. Qara rəngə boyatdığı otaqları sarı işıqlarla aydınladır. Bu addımla polislərə "siz kimsiniz mənim evimə basqın edirsiniz" mesajı vermək istəyirmiş. Evində pul və qaçaqmal hesab olunan əşyalar tapıldığına görə məhkəməyə çıxarılır və həbs edilir. Elə yenicə həbsə girdiyi günlərdə dövlət çevrilişi baş verir. Həmin vaxt hakimiyyətdə olan demokratlar zəifləməyə və tutulmağa başlayırlar. Lüks Nərmin də bu qarışıqlıqda həbsdən çıxır, intiqam almaq üçün hərəkətə keçir. Onu azadlıqdan məhrum edənlərin şəxsi həyatını ifşa edir, İordaniya kralı, İndoneziya prezidenti kimi əcnəbi ölkə rəhbərlərinə dövlətin ayırdığı pul ilə fahişə xidməti verdiyini açıqlayır. Belə ki, İndoneziyanın qadınbaz rəhbəri Əhməd Sukarno Türkiyəyə qonaq gələndə xoş vaxt keçirmək üçün Xarici İşlər Nazirliyi vasitəsi ilə Lüks Nərminlə əlaqə yaradır, Ulduz Sarayının bağındakı Şalə Köşkündəki əyləncəsindən sonra beli soyuqlayır, bu hadisə də diplomatik böhrana səbəb olur. Elə bununla da Lüks Nərmin səltənətinin sonu gətirilir. Sən demə, evinə olan basqınların, məhkəmənin və həbsinin səbəbi bu hadisə imiş.

Hemenqueyin Karaköy fahişələri xatirəsi

Galata və Pera əraziləri ilk dəfə kazinolar, fahişəxanalar, əyləncə yerləri, meyxanələri ilə məşhurlaşıb. Əsas İstanbul sayılan Suriçinin müsəlman kəsimindan bu ərazilərə gələn yox deyiləcək qədər az idi. Ona görə ki, buralara gələnlərə pis baxırmışlar, haqqında söz-söhbət çıxarırmış, "filankəsin oğlu Bəyoğluna gedir" damğası vururmuşlar. Bu damğadan sonra o şəxslərə nə qız verən olurdu, nə də ailələrindən qız alınırdı. Ernest Heminquey xatirələrində, Karaköy fahişəxanaları üçün "Avropadakı rəfah dönəmin ən çılğın illəri belə buradakı fahişəliklə yarışa bilməzdi" deyir.

Qeyd edim ki, Krım müharibəsi dönəmində, başda əsgərlər olmaqla, əraziyə xeyli əcnəbi axın elədi. Bununla da, Bəyoğlunda fahişəlik artdı və qısa müddət içində Yeni Çarşıdan Tophanəyə enən yol, yəni hazırkı Cihangir ərazisi bataqxanaya çevrildi. Şapqalı, şux geyimli, kübar bəyzadələr buraları su yoluna çevirdilər. Rumların aşağı təbəqəsindən olanlar da burada qaynayırdılar. Bataqxanaların artması cinayətlərin də sayını artırdı. Polis bununla mübarizə aparmışdı, öhdəsindən gələ bilməyib məcbur gözyummağa başlamışdı.

Sultan Abdulhəmid dövrü sonlandıqdan sonra sosial həyat xeyli yüngülləşdi. İnsanlar Bəyoğlunda daha rahat hərəkət etməyə başladı. Sadəcə ədib, şairlər, qəzetçilər deyil, siyasətçilər, paşazadələr, zadəganlar da buraya axın etdilər. Hər gün Bəyoğlundakı şirniyyat evlərində tort yeyib, çay içmək dəb halını aldı. Təbii ki, bu, işin bəhanəsi idi. Əsas səbəb bu əraziyə əcnəbi qadınların sərbəst şəkildə gəlib-getməkləri idi.

Dövlət, 1930-cu ildə fahişəxanalarla mübarizə qanunu çıxardaraq bu məkanların qapatmağa hazırlaşır, ancaq nə olursa bir müddət sonra işləməklərinə rəsmi icazə verilir. Bəyoğlunun yüksəlişi də bundan sonra başlayır. Hazırda ərazidəki fahişəxana binaları şəhər yenilənməsi əsasında söküləcək yerlər sırasındadır. Küçədəki fahişəxanalar pandemiyada açılmamaq üzərə qapadılır.

Həqiqət budur ki, fahişəlik insanlıq tarixi qədər qədimdir. İnsan Yer üzündə olduğu müddətdə də bu, davam edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:457
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Aprel 2025 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri