Icma.az
close
up
RU
Türkiyə bu ərazini itirir : Ərdoğan razılaşmayıb deyildi, lakin...

Türkiyə bu ərazini itirir : Ərdoğan razılaşmayıb deyildi, lakin...

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çin Prezidenti Si Cinpin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutan görüşdən sonra yayılan məlumatlar ciddi müzakirələrə səbəb olub. Tərəflərin 3 milyon uyğur türkünün Türkiyəyə köçünü müzakirə etdikləri bildirilir.

Məlumata görə, həmin şəxslər Türkiyədə məskunlaşdırılaraq əkinçilik və xidmət sektoruna yönəldiləcəklər.

Bu, nə dərəcədə mümkündür? Belə bir addım Türkiyə ictimaiyyətində necə qarşılanacaq və iqtisadiyyatına hansı şəkildə təsir göstərəcək?

Globalinfo.az-a danışan türkiyəli politoloq Hasan Oktay deyib ki, Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çində keçirilən sammitinə dialoq tərəfdaşı çərçivəsində geniş heyətlə qatılıb:

“Prezident Ərdoğan iclasda iştirak edən liderlərlə görüşdü. Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Rusiya Prezidenti Vladimir Putin və Pakistanın Baş naziri Şahbaz Şəriflə bir araya gəldi. Daha sonra isə Çin prezidenti və nümayəndə heyəti ilə geniştərkibli görüş keçirdi. Bu görüşlə bağlı rəsmi açıqlama da yayımlandı.

Həmçinin oxuyun:

Gündəmi silkələyəcək iddia: azərbaycanlılar bura köçürülə bilər – Sensasion

Daha əvvəl ölkədə xüsusilə tanınmış professorlar İlber Ortaylı və Erhan Afyoncunun, “Türkiyədə əhali azalır, Şərqi Anadoluda kənd təsərrüfatı bitib, Çindən uyğurlar gətirib burada yerləşdirmək lazımdır”, – kimi fikirləri ciddi müzakirə olunurdu. Daha sonra isə Ərdoğanla Si Cinpinin Şanxay görüşündə bu mövzudan danışdığına dair xəbərlər yayıldı. Rəsmi açıqlamada isə belə bir şey olmadığı bildirildi və Türkiyənin Prezident Administrasiyasına bağlı Dezinformasiya ilə Mübarizə İdarəsi Çindən 3 milyon uyğurun gələcəyi barədə xəbərin yalan olduğunu açıq şəkildə ifadə etdi”.


Hasan Oktay

Politoloq bildirib ki, belə bir bir hal yaşanarsa, Çinin uyğurlara təzyiq göstərdiyi və onların ölkələrindən ayrılmaq istədiyi fikri təsdiqlənmiş olar:

“Türkiyədə bu məsələyə qarşı çıxan bəzi qruplar mövcuddur, çünki uyğurların Şərqi Anadolu bölgəsinə yerləşdiriləcəyi iddiaları müzakirə edilir. Ölkədə separatçı terror təşkilatına bağlı bəzi marksist kökənli vətəndaşlar hökumətin Şərqi Anadolu bölgəsinin demoqrafik strukturunu dəyişdirəcəyi mövzusunu dilə gətirərək müqavimət yaratmağa çalışırlar. Çünki həmin separatçı marksist təşkilatların hazırda istifadə edə biləcəyi başqa mövzu qalmayıb və ona görə də bu məsələni gündəmə gətiriblər.

Türkiyədə kənd təsərrüfatı və heyvandarlığın səhv siyasət nəticəsində sona gəldiyi gerçəyi nəzərə alınarsa, bu sahədə təcrübəsi olan 3 milyon insanın Şərqi və Cənub-Şərqi Anadolu bölgələrinin geniş torpaqlarında məşğulluğa cəlb olunması iqtisadi baxımdan ciddi rahatlama gətirə bilər. Nəticədə kənd təsərrüfatı və heyvandarlıq məhsullarını idxal edən Türkiyə bu dəfə ixrac sahəsində ciddi imkanlara sahib olar”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Sentyabr 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri