Ərdoğan: “Söhbət türk millətinin gələcəyindən gedirsə, biz hər kəslə danışmağa hazırıq”
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Söhbət türk millətinin gələcəyindən gedirsə, biz hər kəslə danışmağa hazırıq”.
Bunu Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri Rəcəb Tayyib Ərdoğan siyasi təşkilatın toplantısında deyib.
Prezident eyni zamanda vurğulayıb ki, tənqidlərə, iradlara açığıq:
“Yetər ki, bunlar bu millətin xeyrinə olsun. Məsələyə ideoloji savaşların və tamamən fərqli gündəmlərin vasitəsi kimi yanaşmayan hər kəsin – istər müsbət, istər mənfi – fikri bizim üçün önəmlidir. Çünki biz şəxs, mənfəət siyasəti aparmırıq. Biz xırda siyasətlə məşğul olmuruq, biz ölkə siyasəti aparırıq.
Ölkəmizin qarşısında yeni bir dövrün qapıları açılır. Türkiyə Əsri idealımızı addım-addım gerçəkləşdiririk. Terror zəncirini qırmağın astanasındayıq. Yarım əsrlik səbrimiz artıq öz bəhrəsini verir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 13 İyul 2025 19:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















