Ərdoğan Trampla danışdı, gözlər Zəngəzura çevrildi: İki ölkəni təşvişə salan addım
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında baş tutan sonuncu telefon danışığı zamanı ikitərəfli əlaqələrlə bağlı bir çox məsələlər müzakirə edilib. Liderlər əməkdaşlığı inkişaf etdirmək üçün addımlar atmağa davam edəcəklərini bildiriblər.
Söhbət çərçivəsində bütün sahələr üzrə münasibətlərin daha irəli səviyyəyə qaldırılmasının hər iki ölkənin ortaq mənafeyinə uyğun olduğu vurğulanıb. Tərəflər həmçinin Suriyadakı son vəziyyət, Qəzza üzrə Sülh Şurası ilə bağlı proses, o cümlədən müdafiə sənayesi daxil olmaqla regional və qlobal məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Ankara və Vaşinqton ümumi razılıq əldə edərək ölkələr arası münasibətləri normal saxlamaqda maraqlıdırlar:
“Təhlükəsizlik və müdafiə sənayesi sahəsində tərəflər arasında əvvəllər ciddi fikir ayrılıqları mövcud idi. S-400 böhranından sonra əlaqənin dayandırıdlığı sahələr üzrə dialoq yenidən aktivləşib, hazırda bir sıra məsələlər geniş müzakirə olunur. Həmçinin Suriya və Qəzza bölgəsindəki vəziyyət də son zamanlar ölkələrarası müzakirələrin əsas mövzularındandır. Bütün bunlar Türkiyənin ABŞ üçün “vazkeçilməz regional oyunçu” olduğunu göstərir.
Zeynal Əmrəliyev
Son qlobal dəyişikliklər, xüsusilə Rusiya-Ukrayna münaqişəsinin uzanması, İran ətrafındakı gərginlik və Avropanın Çinlə yaxınlaşması ABŞ üçün Qara dəniz–Cənubi Qafqaz xəttini strateji baxımdan önəmli edir. Burada Türkiyənin rolu əvəzsizdir. Trampın məqsədi Rusiyanın Cənubi Qafqazdakı təsirini minimuma endirmək və Avropanın bu bölgədə möhkəmlənməsinə mane olmaqdır. Hazırda ABŞ təşəbbüsü tam ələ alıb və bu baxımdan Zəngəzur dəhlizinin əhəmiyyəti böyükdür.
Bu dəhliz Rusiya nəzarətindən kənar loqistik xəttdir. İstifadəyə verildikdən sonra Çini Avropaya bağlayan Orta dəhliz daha da güclənəcək və ABŞ-ın rolu artacaq, paralel olaraq isə İranın tranzit rolu zəifləyəcək. ABŞ–Türkiyə yaxınlaşması Azərbaycan üçün olduqca müsbətdir. Eyni zamanda, Vaşinqton–Bakı xəttində də son zamanlar müsbət dinamika müşahidə olunur”.
Turan Rzayev
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 28 Yanvar 2026 18:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















