Ərdoğan: Türkiyə Vaşinqtonda imzalanmış Birgə Bəyannamənin davamının gəlməsini arzulayır
Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyə avqustun 8-də Azərbaycan və Ermənistan arasında Vaşinqtonda imzalanmış Birgə Bəyannaməni xeyirli addım kimi görür və davamının gəlməsini arzulayır.
Newscenter.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə çıxışı zamanı bildirib.
O əlavə edib ki, Türkiyə bölgənin təhlükəsizlik və sabitliyinə töhfə verə biləcəyinin fərqindədir:
"Xəzər dənizindən tranzitlə keçəcək Orta Dəhliz layihəsini daha da məhsuldar hala gətirməliyik".
Türkiyə Prezidenti qeyd edib ki, türk dövlətləri olaraq elm və texnologiya sahəsində layiq olunan yerə ən qısa müddətdə çatmaq üçün birgə investisiyalar qoyulmalıdır:
"Ortaq əlifba xüsusunda Türkiyə olaraq ilk addımı atırıq və Çingiz Aytmatovdan danışan bir əsər ilə oğuznamələri ortaq əlifba ilə nəşr edirik və bu gün liderlərin hər birinə ondan bir ədəd təqdim edirik. Həmçinin gələn il Ankarada Türk dünyası nəşriyyatçılıq konqresini keçirməyi planlaşdırırıq".
Bu mövzuda digər xəbərlər:Bu da Birgə Bəyannamənin Tam mətni+Fotolar
09 Avqust 2025 06:34
“Vaşinqtonda imzalanmış saziş davamlı sülhə gedən yolda tarixi bir addımdır” Ərdoğan
11 Avqust 2025 21:33
Ceyhun Bayramov Mirzoyanla Birgə Bəyannamənin icrasını müzakirə etdi
12 Avqust 2025 18:45
Ərdoğan apreldə Vaşinqtonda Trampla görüşmək niyyətindədir
18 Mart 2025 09:50
Ərdoğan: Vaşinqtonda əldə olunan razılaşmalardan məmnunuq
09 Noyabr 2025 17:20
Baxış sayı:36
Bu xəbər 07 Oktyabr 2025 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















