Icma.az
close
up
RU
Ərdoğan unutmamalıdır ki, qarşı tərəfdə vuruşanlar da Şah İsmayılın yaratdığı Türk dövləti idi

Ərdoğan unutmamalıdır ki, qarşı tərəfdə vuruşanlar da Şah İsmayılın yaratdığı Türk dövləti idi

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Çaldıran döyüşü türk, kürd və ərəblərin ortaq qələbəsidir”. Bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Qed edək ki, Ərdoğanın bu açıqlaması Azərbaycanda etirazlara səbəb olub.

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Elçin Xalidbəyli bildirdi ki, hazırda Türkiyədə kürd probleminin həlli ilə bağlı müəyyən addımlar atılır:

"PKK terror təşkilatının özünü buraxması və Türkiyəyə qarşı terror probleminin birdəfəlik aradan qaldırılmasına yönəlik müəyyən imkanlar açılıb. Rəsmi Ankara bu prosesi Türkiyənin təhlükəsizlik maraqları baxımından olduqca önəmli hesab edir. Bu baxımdan müxtəlif səviyyələrdə, o cümlədən Prezident Rəcəb Tayyib Ərdoğan səviyyəsində türk-kürd qardaşlığı və yaxud tarixi ortaqlığı barədə müəyyən açıqlamaların verilməsinə xüsusi həvəs göstərilir. Böyük ehtimalla bununla Türkiyənin unitarlığı və türk-kürd münasibətlərinin Türkiyənin gələcəyi üçün böyük önəm daşıdığını qabartmağa çalışırlar. Bununla əlaqəli bu açıqlama verilib. Ancaq hesab edirəm ki, bir qədər öz məğzini aşan bir açıqlamadır".

Politoloqun fikrincə, Ərdoğan tərəfindən belə bir açıqlama verilməsə, daha yaxşı olardı.

"Çünki həmin savaş türkün türk üzərində qələbəsini ifadə edir. Əgər bir tərəfdə Ərdoğanın vurğuladığı qaliblər kürdlər və ərəblərlə birlikdə vuruşublarsa, heç kim unutmamalıdır ki, qarşı tərəfdə vuruşanlar da Şah İsmayıl Xətainin dövləti, yəni türk dövləti idi. Türklər üzərində qələbə qazanılmasının həddindən artıq şişirdilib böyük tarixi hadisə kimi qələmə verilməsi o qədər də yaxşı yanaşma tərzi deyil. Türk dövlətləri səlibçilərə və türk düşməni olan dövlətlərə qarşı qələbələri ilə öyünsələr, daha yaxşı olar. Bu açıqlama və bu tipli açıqlamalar Azərbaycan və Türkiyə dostluğu şəraitində o qədər də xoşagələn deyil. Gələcəkdə belə açıqlamalardan yayınması və belə mövzuların gündəmə gəlməməsi daha doğru olardı", - deyə E.Xalidbəyli bildirdi.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 May 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see234

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see211

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see179

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see176

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see138

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see137

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see137

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see134

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see133

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see133

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see131

Mançester Siti nin futbolçusu hələ də Bundesliqa klubunun hədəfindədir

01 Yanvar 2026 00:47see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri