Şah İsmayılın həyatı adlı kitabın müəllifi ilə görüş keçirildi (FOTO)
Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dünən Okhatan Neo qrupunun üzvləri "Şah İsmayılın həyatı" adlı kitabın müəllifi, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi Samid Bağırovla görüşüb.
Qaynarinfo xəbər verir ki, görüşdə kitabla bağlı geniş müzakirəklər aparılıb.
Müəllif əsərdə şahın həyatını və fəaliyyətini qələmə aldığını bildirib. Bunun üçün isə iki əsərə, "Fütuhati-şahi” və "Həbibüs-siyər”ə müraciət edib. Şah İsmayıl Xətai və onun dövrünün araşdırılması, eyni zamanda tədqiqatı ilə məşğul olan Okhatan Neo qrupu isə tədqiqatlar nəticəsində əldə etdikləri bir çox faktları yazarla bölüşüblər.
Daha sonra qrup S.Bağırovu "Sənaye nümunəsi” patenti almış oxçu üzükləri ilə tanış edib. Üzüklər və digər sənət nümunələrini yazar böyük diqqətlə qarşılayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 30 Yanvar 2025 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















