Icma.az
close
up
RU
Şah İsmayılın türk kimliyini göstərən 3 əsas fakt

Şah İsmayılın türk kimliyini göstərən 3 əsas fakt

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tarixə bəzən keçmişi öyrənmək üçün yox, bu günü izah etmək üçün qayıdırıq. Şah İsmayıl Xətai və Səfəvilər ətrafında son dövrlər yenidən qızışan mübahisələr də yalnız bir hökmdarın etnik kimliyi üzərində aparılan akademik mübahisə təsiri bağışlamır.

Söhbət təkcə “Şah İsmayıl türk idimi, fars idimi?” sualından getmir; söhbət bir dövlətin siyasi dayaqlarının, ordusunun, sarayının, dilinin və tarixi mirasının hansı çərçivədə təqdim edilməsindən gedir. Tarixi bugünkü milli anlayışların qəlibinə salmaq asandır, amma tarixə haqqını vermək üçün əvvəlcə həmin dövrün öz reallıqlarına qayıtmaq lazımdır.

Bəs Səfəviləri “fars dövləti”, Şah İsmayılı isə “fars hökmdarı” kimi təqdim etmək cəhdlərinin arxasında hansı yanaşma dayanır və bu iddia tarixi faktların qarşısında nə qədər davamlıdır?

Suallarımızı tarixçi Pərviz Ağalarov cavablandırıb:

- Pərviz müəllim, Şah İsmayıl Xətaini “fars hökmdarı” adlandıranlara qarşı ən güclü arqument nədir və bu mübahisədə dil, ordu və siyasi dayaqlar hansı rolu oynayır?

– Birincisi, İslam dinində millət anlayışı yox, ümmət anlayışı var. Əgər bizim 500 il əvvələ qayıtmaq imkanımız olsa və Təbrizin, Bakının, Ərdəbilin, İrəvanın küçələrində “mən farsam, mən türkəm” deyib gəzsək, bizə dəli olmuş şəxs kimi baxardılar. İkincisi, heç bir Şərq mənbəyində İsmayılın adı “fars hökmdarı” deyə çəkilmir. Yalnız Səfəvi sarayında olan Avropa səyyahları, elçiləri əsərlərində ölkəni “Persiya”, hökmdarlarını “Pers hökmdarı” adlandırıblar. Bu, Avropa tarix elmində Yunan–Parsua (Pers) müharibələrindən yadigar qalan istilah ənənəsidir. Elə indi də bu tendensiya qalmaqdadır.

Şah I İsmayıl, əlbəttə ki, “fars hökmdarı” deyildi. Əksinə, bəzi Avropa tarixçiləri də onu “Azərbaycan şahı” adlandırırlar. Onun çevrəsində müxtəlif xalqların nümayəndələri olsa da, dövlətin əsas dayağı və gücü türkmanlar və ya türkman-qızılbaşlar idi. Onlar Baharlı (Qaraqoyunlu) və Bayandurlu (Ağqoyunlu) dövlətlərinin də qurulmasında yaxından iştirak etmişdilər. Başqa sözlə, dövlətin özəyini orduda, sarayda və vilayətlərdə mühüm rol oynayan qızılbaş türkmanlar təşkil edirdi.

Dil məsələsinə gəldikdə də bunun şahidi oluruq. Şah I İsmayılın türkcə fərmanları, türkcə divanı var. Hərçənd onun opponentləri iddia irəli sürürlər ki, bu şair Xətai şah Xətai deyil. Tutalım ki, bunu qəbul etdik. Yaxşı, bəs onda sarayda şairlər məclisinin təşkilini, şair Həbibinin bu məclisə başçılıq etməsini, İsmayılın ustad kimi qəbul etdiyi sufi ozanı – haqq aşığı Miskin Abdalı neyləyək? Bunlar da mı fars idi? Səfəvi qoşunları döyüşə gedərkən sufi ozanların ordunun önündə saz çalmasını, qızılbaş döyüşçülərini ruhlandırmasını hansı xalqa “bağlayaq”?

Səfəvi sarayında olan Avropa elçiləri və səyyahlarının (məsələn, ingilis Ser Antoni Şirli, italyan Petra della Valle, alman Engelbert Kempfer) qeydlərindən anlaşılır ki, Səfəvi ölkəsində “rəsmi dil türkcə idi, şah belə türkcə danışırdı, hökmdardan ənam istəyən mütləq türkcə öyrənir və istəyini türkcə dilə gətirirdi”. Bu qeydlərdən də aydın olur ki, Səfəvi sarayında türk dili işlədilmiş və üstün mövqeyə sahib olmuşdur. Təbii ki, bunun bir əsas səbəbi var idi: türk dili Səfəvi şahlarının ana dili, doğma dili idi!

Xüsusilə Səfəvi ordusunda bu dil hakim mövqeyini qoruyub saxlamışdır. Səfəvilər dövründə baş komandanlar (əmir əl-üməra) əksərən Təbriz bəylərbəyilərindən təyin olunurdu. Bu bəylərbəyliyi uzun illər boyu türkmanlar idarə etmişlər.

Səfəvi ordusu da türk-monqol ənənəsi əsasında qurulmuşdu. Ordunun əsasını türkman elatlarından toplanan qızılbaş süvari dəstələri – çərik – təşkil edirdi. Şahı qoruyan qorçu dəstəsi türk boylarından seçilmiş boylu-buxunlu cəngavər döyüşçülərdən təşkil olunurdu. Döyüş taktikaları, hücum, geri çəkilmə, ordunun düzülüşü, qoşunun sağ qol, sol qol olaraq iki hissəyə bölünməsi və s. tamamilə türk döyüş ənənəsinə əsaslanırdı. İndi belə dövlətə necə fars dövləti demək olar? Onun şahını hansı haqla “fars hökmdarı” adlandırmaq mümkündür? Biz tarix adlı müdriklə onun öz dilində danışmalıyıq. Tarix ilə həqiqətən dialoq qurmaq istəyiriksə, araşdırmaq istədiyimiz dövrə enməli, o dövrün xüsusiyyətlərini, adət-ənənələri, qanunları, xalqın məişətini və s. diqqətlə öyrənməliyik.

- Səfəvi dövlətini İran dövlətçiliyi çərçivəsində təqdim etmək tarixi reallığı nə qədər təhrif edir?

– Məsələ burasındadır ki, cəmiyyətimizdə İran və fars anlayışlarını, yəni toponim ilə etnik kimliyi eyniləşdirənlər çoxdur. İran və fars sözləri sinonim deyil. Coğrafi olaraq bir İran yaylası var, bir də var bu yaylada yerləşən fars vilayəti (qədim Parsua). Hazırda İran adlanan ölkədə Xuzistan, Bəlucistan, Xorasan, Fars, Kürdüstan və s. adlı vilayətlər var. Fars vilayəti də onlardan biridir. Rəsmi olaraq isə İran adlı dövlətin tarixi 1935-ci ildən o yana keçmir. Buna görə bu və bundan da böyük coğrafiyanı əhatə edən Səfəviləri İran ilə eyniləşdirmək, təbii ki, doğru deyil.

O biri tərəfdən, 1000 ildən də artıq bu dövrdə İran coğrafiyasını bizim ata-babalarımız idarə etmişlər. Onlar bu coğrafiya uğrunda qan tökmüş, hücumlardan qorumuşlar. Osmanlı, özbək, əfqan, moğol, rus... Bunlarla farslar döyüşürdü, bəyəm? Pəhləvilərə qədər (1925) bu coğrafiyanın, yəni hazırkı İranın sahibləri və idarəçiləri türklər olub. Amma məhz ingilislər (o ingilislər ki, Hindistanda türk əsilli Böyük Moğol dövlətini, I Dünya müharibəsindən sonra Osmanlını çökdürdülər) Qacarları devirdilər. XIX–XX yüzilliklərin əvvəllərini böyük türk etnosunun siyasi-hərbi gücünün tamamilə itirildiyi dövr kimi də səciyyələndirə bilərik. Bu gücün itməsi ilə faciələrimizin də əsası qoyuldu. Qacarlar da bu siyasətin qurbanına çevrildilər.

Pəhləvilərin paniranizmi türk izlərinin silinməsinə, Avropanın da dəstəklədiyi avrosentrizmə xidmət etmişdir. İranda dilimizə, milli kimliyimizə, tarix və kültürümüzə basqılar da məhz o zamandan başlamışdır və təəssüf ki, azacıq fərqlə, yüngül yumşalmalarla indi də davam etməkdədir. Ona görə Güneyli ustad şairimiz Məhəmmədhüseyn Şəhriyar özünün “Azərbaycan” adlı əsərində yazırdı:

Yarəb, nədir bir bu qədər ürəkləri qan etməyin,

Qolu bağlı qalacaqdır nə vaxtadək Azərbaycan?

İgidlərin İran üçün şəhid olmuş, əvəzində

Dərd almısan, qəm almısan, sən İrandan, Azərbaycan!

Səfəvi dövlətini müasir İran dövləti ilə bu baxımdan eyniləşdirmək qeyri-mümkündür. Türklərin hakim olduğu Səfəvilər hara, indi öz ana dilində təhsil belə ala bilməyən Azərbaycan türklərinin yaşadığı İran hara?

- Çaldıran döyüşü Şah I İsmayılın hərbi məğlubiyyəti kimi tanınır. Bəs sizcə onun ən böyük itkisi nüfuz, yoxsa türk dünyasının siyasi birlyi olmuşdur?

-Fikrimcə türk-müsəlman tarixinin iki ən böyük qırılma anı var: birincisi- Hülkaü xanın 1258-ci ildə Bağdadı ələ keçirməsi, dünyəvi hakimiyyətini çoxdan itirən, lakin dini hakimiliyini saxlayan islam xəlifəsinin öldürülməsi hadisəsidir. Bununla da islam dünyası dini lidersiz qaldı. Müxtəlif təriqətlərin yaranması ( o cümlədən Səfəvi dərviş təriqətinin) bu hadisədən sonra geniş vüsər alır. Bu isə gələcək dini –siyasi toquşmaların baş verməsinə dolayısı ilə təsirsiz ötüçməmişdi.

İkincisi isə, İstanbul üləmalarının Ədirnə toplantısı, Səfəvilərin faktiki olaraq kafir elan edilməsidir. Bu elə bir düşmənçiliyə gətirib çıxardı ki, sonrakı nəsillər bunun bədəlini qanı, canı, malı-mülkü və itilmiş siyasi-hərbi nüfuzu ilə ödəmək zorunda qaldı. Çaldıran döyüşündə təkcə Səfəvliər və şah I İsmayıl deyil, bütün türk-müsəlman dünyası məğlub olmuşdu. O döyüşün qalibi yoxdur. Bu döyüşdən keçən yüzilliklər ərzində bir-birimizə qılınc qaldırmaqdan doymadıq, qılınclərimiz özümümzü kəsdi, oxlarımız özümüzü dəldi, qazanan isə yağılar oldu. İndi nə saraylarında Avropalılar dolaşan və üç qitədə mülkü olan Osmanlı var, nə də Amu-Dəryadan Fərata, Terekdən Ərəbistan dənizinədək hökm edən Səfəvi....

Bu gün Türkiyə və Azərbaycan 40 kilometrlik Zəngəzur dəhlizinə təkbaşına qərar verə bilmir.

Tarix- tarixdir. Biz baş vermiş hadisələri dayandıra, dəyişə və yenidən yaza bilmərik.Tarix-tarixdir və tarixliyində də qalmalıdır. Biz tarixi keçmişimzi öyrənməli, ondan dərs çıxarmalıyıq. Bu baxımdan tarix “ən yaxşı müəllimdir “ desək, yəqin ki, yanılmarıq.

Qədim Roma tarixçisi Tiy Livinin yazdığı kimi, “tarixin öyrənilməsi xəstə ağıl üçün ən yaxşı dərmandır. Çünki tarixdə hamının görməsi üçün müxtəlif insan təcrübəsi açıq şəkildə yazılmışdır”

İradə Cəlil,Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 17 Avqust 2026 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see294

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see294

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see290

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see271

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see269

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see263

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see262

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see241

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see226

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see214

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see213

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see213

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see211

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see209

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see207

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see201

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see197

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see189

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see182

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri