Icma.az
close
up
RU
Ərdoğan və Trampın yerinə 3 ad çəkildi Türkiyə ilə bağlı qərar dəyişə bilər

Ərdoğan və Trampın yerinə 3 ad çəkildi Türkiyə ilə bağlı qərar dəyişə bilər

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Son günlər Türkiyə və ABŞ-da gələcəkdə hakimiyyətə namizəd göstəriləcək bəzi şəxslərlə bağlı müzakirələr gündəmdədir. Türkiyədə xarici işlər naziri Hakan Fidanın, ABŞ-da isə vitse-prezident Ceyms Devid Vens və dövlət katibi Marko Rubionun adları ön plana çıxır.

Hakan Fidanın növbəti ölkə başçısı olması fikri əsasən 2023-cü ildə keçirilən prezident seçkilərində irəli sürülüb. Ağ Ev rəhbərliyinə namizədlərin adları ilə yeni çəkilir.

Bəs onların iqtidara gəlmək ehtimalı nə qədərdir? Adı çəkilən namizədlər hər iki ölkənin gələcəyi üçün nə vəd edirlər?

Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, Hakan Fidanın hakimiyyətə gəlməsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə bağlıdır:

“O, əhəmiyyətli fiqurdur. Hakimiyyətə gəlməsində əsas nüans daha əvvəl Milli Kəşfiyyat İdarəsinin rəisi kimi fəaliyyəti və izlədiyi siyasi xətdir. Fidanı Türkiyənin gələcək prezidenti kimi görənlər var, hətta onu ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeoya bənzədənlər də tapılır. Lakin Hakan Fidanın prezidentliyi, ilk növbədə, Ərdoğan başda olmaqla hakim Ədalət və İnkişaf Partiyasının  (AKP) dəstəyindən asılıdır. Varis məsələsində tələsmək doğru olmaz. Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyasının üzərindən ciddi rəqabət mövcuddur. Yekun olaraq, Fidanın namizədliyinin çox aşağı ehtimal olduğunu düşünürəm. Sürpriz namizədin ortaya çıxması mümkündür. Siyasi varislik məsələsi gündəmdədir”.


Əziz Əlibəyli

Ekspert bildirib ki, ABŞ-da vitse-prezident Ceyms Devid Vens və dövlət katibi Marko Rubionun namizədliyinə diqqət yetirmək lazımdır:

“Hazırda Respublikaçılar Partiyası daha çox populyardır. Gənclər Vensi güclü şəkildə dəstəkləyirlər və onun geniş seçici bazası var. Donald Trampın Vensə investisiya qoyması da mühümdür. Digər namizədlərin də olduğunu unutmamalıyıq. Marko Rubionun rolu, çəkisi və təcrübəsi isə onun şansını artırır. Vens prezident olarsa, ABŞ-ın yenidən izolyasiya siyasətinə qayıtması gözləniləndir. Rubio isə fərqli mövqedədir – Türkiyəni F-35 proqramına qaytarmaq, sanksiyaları ləğv etmək və iki ölkənin münasibətlərini yaxşılaşdırmaq istiqamətində mühüm addımlar ata bilər. Buna görə də, məncə, Vensdən çox Rubionun namizədliyi daha real görünür”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Avqust 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see178

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see171

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri