Ərdoğandan Kərkük MESAJI
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təxminən yüz il sonra etnik türkmanın İraqın Kərkük vilayətinin rəhbəri vəzifəsinə seçilməsini önəmli hadisə adlandırıb.
"Ölkə.az" xəbər verir ki, Türkiyə Prezidenti bunu Kərkük qubernatoru Mehmet Səman Ağanı qəbul edərkən deyib.
Məlumata görə, görüşdə İraqdakı türkmanların vəziyyəti dəyərləndirilib. Ərdoğan Kərkükdə sülh, rifah və əmin-amanlığın davam etməsinin İraqın gələcəyi üçün böyük əhəmiyyət daşıdığını, bu çərçivədə Türkiyənin dəstəyinin davam edəcəyini vurğulayıb.
İraq Türkman Cəbhəsinin (İTC, İraq türkmanların siyasi birliyi) sədri vəzifəsini də icra edən Mehmet Səman Ağa Kərkükə dəstəklərinə görə Ərdoğana minnətdarlığını bildirib.
Qeyd edək ki, Kərkükə təxminən bir əsr sonra türkman qubernator seçilib və prezident tərəfindən təsdiqlənib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 07 İyun 2026 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















