Icma.az
close
up
RU
Ərdoğandan müharibəyə KRİTİK MÜDAXİLƏ: Böyük savaşa Ankarada son qoyulur?

Ərdoğandan müharibəyə KRİTİK MÜDAXİLƏ: Böyük savaşa Ankarada son qoyulur?

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacaq. Ərdoğanın sözlərinə görə, Türkiyə sülh yolunda əlindən gələni edəcək və buna nail olacağıq.

Türkiyənin yenidən aktivləşməsi Moskva və Qərb tərəfindən necə qarşılanır? Ankara bu prosesdə balansı necə qoruyur? Mövcud geosiyasi şəraitdə Türkiyənin “sülhə nail olacağıq” iddiası nə dərəcədə realdır?

Sülh sazişi Türkiyədə imzalana bilərmi?

Moderator.az-a danışan türkiyəli politoloq Hasan Oktay deyib ki,  Ukrayna böhranı hər keçən gün daha da dərinləşərək Avropanı təhdid edən bir müharibəyə çevrilmək üzrədir:

“Tramp gəldikdən sonra da bu böhranı bitirəcəyini iddia etməsinə baxmayaraq, indiyə qədər əhəmiyyətli bir uğur əldə olunmayıb. Amerikanın əsas məqsədi bu müharibəni Rusiya ilə Avropa İttifaqı arasında bir qarşıdurmaya çevirməkdir. ABŞ həm Rusiyanı, həm də Avropanı təzyiq altında saxlamağa çalışır. Tramp sülhə nail olsa, bunu öz uğuru kimi təqdim edib Rusiyanı öz tərəfində saxlamağa çalışacaq. 28 maddəlik sülh planının daha çox Rusiya yönümlü görünməsinin səbəbi də Trampın Putini yanında tutmaq istəməsindən qaynaqlanır.

Bununla yanaşı, Avropa İttifaqı Rusiya–Ukrayna məsələsində Rusiyanın gözlənilən uğuru əldə etməsi halında, bu vəziyyətin gələcəkdə Avropanı təhdid edəcəyi narahatlığını yaşayır. Tramp sülhə nail olmasa belə, böhranın Avropa ilə Rusiya arasında bir qarşıdurmaya çevrilməsini öz xeyrinə çevirməyə çalışacaq”.

Politoloq vurğulayıb ki, Türkiyə baxımından isə Qara dəniz vasitəsilə qonşu olduğu iki ölkənin üç ildən artıqdır savaşması ciddi təhlükə yaradır:

“Türkiyə həm NATO ölkəsidir, həm də Rusiya ilə münasibətləri olan bir dövlət kimi Ukrayna və Rusiya arasında vasitəçilik rolunu ən yaxşı şəkildə yerinə yetirə biləcək mövqedədir. Daha əvvəl iki dəfə İstanbulda təşəbbüs edilən sülh masası Ukrayna–Rusiya böhranında ən önəmli addımlardan biri kimi qarşıda durur. Bundan sonrakı mərhələdə bir sülh anlaşması olacaqsa, bunun İstanbulda baş tutması daha məntiqli görünür.

Türkiyə bir tərəfdən Avropa İttifaqı və ABŞ-la danışıqlar apararkən, digər tərəfdən Rusiya ilə əlaqələrini davam etdirərək böhranın sülhə çevrilməsi baxımından çox mühüm bir mövqeyə sahibdir. Ərdoğan–Putin arasında telefon danışığı da  bu baxımdan qiymətləndiriləndə, sülhün İstanbulda imzalanması istiqamətində daha bir addım ata bilər. Sülhün əldə olunmaması halında böhranın sürətlə Rusiya–Avropa qarşıdurmasına çevriləcəyi ehtimalı nəzərə alınarsa, bu, Türkiyə üçün də ciddi bir problemə çevrilə bilər. Buna görə də Ərdoğan bu günlərdə diplomatik fəaliyyətlərini daha da intensivləşdirəcək”.

Mehin Mehmanqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Noyabr 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see720

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see164

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri