Icma.az
close
up
RU
Böyük savaşa İstanbulda son qoyulur? Ərdoğandan mühüm addım

Böyük savaşa İstanbulda son qoyulur? Ərdoğandan mühüm addım

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "istəklilər koalisiyası"nın iclasında ölkəsinin ədalətli və davamlı sülhün tezliklə təmin olunması üçün tərəflərin birbaşa təmaslarını asanlaşdıracaq diplomatik səylərini davam etdirəcəyini vurğulayıb. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəəbəkəsində paylaşım edib.

B. Duranın sözlərinə görə, Ərdoğan iclasda tərəflər arasında birbaşa danışıqların İstanbulda keçirilə biləcəyini, bunun üçün Türkiyənin Ukrayna və Rusiya ilə təmasda olduğunu qeyd edib.

"İclasda Türkiyənin enerji və liman infrastrukturunu əhatə edən atəşkəsin tərəflər arasında hərtərəfli sülh sazişinin müzakirəsi üçün əlverişli şərait yarada biləcək tənzimləmə ola biləcəyi yönündəki mövqeyi ifadə olunub", - Kommunikasiya İdarəsinin rəhbəri bildirib.

Bəs sülh danışıqları İstanbulda baş tuta bilərmi?

Moderator.az-a danışan siyasi şərhçi Kənan Novruzov bildirib ki, Türkiyə Rusiya-Ukrayna müharibəsinin ilk günlərindən etibarən müharibənin bitməsi üçün səmimi səylər göstərir və hər iki tərəflə danışa bilən nadir, bəlkə də yeganə aktordur:

“Rəsmi Ankara zamanında müharibəyə son qoymağa  çox yaxın idi. Təəssüf ki, bu mümkün olmadı. Hərçənd ki, müharibəyə zamanında son qoyulsaydı, Ukraynanın vəziyyəti bu qədər çətin olmazdı.

Bu gün vəziyyət xeyli dəyişib. Artıq Rusiya-Ukrayna müharibəsi ABŞ və Avropa arasında bir qarşıdurmaya çevrilib. Buna baxmayaraq, Türkiyə əvvəllər olduğu kimi, indi də tərəflər arasında neytral mövqedədir və proseslərdə balansı qoruyur.

Türkiyə həm Avropa, həm də ABŞ-dan müəyyən gözləntilərə malikdir. Avropadan gözlənti əsasən Avropa İttifaqına üzvlüklə bağlıdırsa, ABŞ-dan isə “F-16” və “F-35” təyyarələrinin tədarükü ilə bağlı irəliləyiş gözləyir. Həm Avropa İttifaqı, həm də ABŞ Türkiyəyə ehtiyac duyur və onun dəstəyini qazanmaq istəyir. ABŞ müharibəni dayandırmaq üçün konkret 28 maddəlik təklif təqdim edib, ilkin versiyasında müəyyən düzəlişlər edilib. Avropa isə  müharibəni uzatmaqda maraqlıdır".

Siyasi şərhçi hesab edir ki, həm ABŞ,həm də Avropa Türkiyənin dəstəyinə ehtiyac duyur:

“Bunun səbəbi Türkiyənin həm Rusiya, həm də Ukrayna tərəfindən qəbul edilən bir aktor olmasıdır. Həm Avropa, həm də ABŞ anlayır ki, Türkiyə tərəfləri dinləyib onların mövqelərini nəzərə alacaq və onları razı sala bilər. Bu baxımdan Türkiyənin rolu həqiqətən mühümdür. Türkiyə müharibənin sona çatmasında maraqlıdır və bu baxımdan onun mövqeyi ABŞ-ın mövqeyi ilə üst-üstə düşür. Lakin Ankara ABŞ-ın təqdim etdiyi sülh planına tam razı deyil, çünki plan Rusiyanın xeyrinə işləyir və Ukraynanın kapitulyasiyasını nəzərdə tutur. Türkiyə bunu istəmir və prosesdən mümkün qədər öz xeyrinə istifadə etməyə çalışacaq. Yaxın gələcəkdə İstanbulda və ya Ankarada Rusiya-Ukrayna müharibəsinin gedişatı və mövcud vəziyyətlə bağlı ciddi, əvvəlcədən elan olunmayan görüşlərin keçirilməsi mümkündür”.

Mehin Mehmanqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Noyabr 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see185

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see181

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see161

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see154

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see144

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see143

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see139

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see133

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri