Icma.az
close
up
RU
Ərdoğandan Putinə xəbərdarlıq: 3 türk ölkəsinə görə mübarizə başladı

Ərdoğandan Putinə xəbərdarlıq: 3 türk ölkəsinə görə mübarizə başladı

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Rusiya–Ukrayna müharibəsinin gedişində Qara dənizdə artan hərbi aktivlik təkcə iki ölkə arasındakı qarşıdurma ilə məhdudlaşmır, eyni zamanda regionun əsas güclərindən biri olan Türkiyənin təhlükəsizlik maraqlarını da birbaşa hədəfə alır. Prezident Rəcəb Tayyib Ərdoğanın naviqasiya təhlükəsizliyi ilə bağlı səsləndirdiyi sərt xəbərdarlıq ilk baxışdan hər iki tərəfə ünvanlansa da, bu, daha çox Rusiya Prezidenti Vladimir Putinə mesaj kimi dəyərləndirilir.

Ekspertlər iddia edirlər ki, Moskva Qara dəniz üzərindən təzyiq mexanizmlərini işə salmaqla Türkiyəni həm NATO xəttində zəiflətməyə, həm də türk birliyi ideyasından uzaqlaşdırmağa çalışır. Xüsusilə Putinin Cənubi Qafqaz – Mərkəzi Asiya oxu üzrə Rusiyanın itirilmiş nüfuzunu yenidən bərpa etmək niyyəti fonunda, bu coğrafiyada aparıcı rol oynayan Ankaranın hədəfə çevrilməsi təsadüfi sayılmır.

Globalinfo.az-a danışan Azərbaycan Ümid Partiyası İdarə Heyətinin üzvü, politoloq Bakir Həsənbəyli bildirib ki, Rusiya–Ukrayna müharibəsinin təsir arealı getdikcə genişlənir:

“İkinci Dünya müharibəsindən sonra ilk dəfə təchizat zəncirlərinin qırılmasına səbəb olan bu münaqişə artıq digər dövlətlərin də bu və ya digər formada müharibəyə cəlb olunması təhlükəsini yaradır. Nəzərə alsaq ki, müharibənin ilk günündən Türkiyə hər iki dövlətə bərabər məsafə saxlamaqla ən etibarlı moderator rolunda çıxış edib, buna baxmayaraq, indi artıq həmin dövlətlərə xəbərdarlıq etmək məcburiyyətində qalıb. İlk ağla gələn səbəb tərəflərin müharibə yorğunluğu və tükənmə tendensiyasıdır.

Münaqişənin arealının genişləndirilməsi ilk baxışdan məqsədli xarakter daşıyır. Çünki həm Rusiyanın, həm də Ukraynanın maliyyə, hərbi və insan resursları ilə bağlı ciddi problemləri yaranıb. Rusiya artıq müharibənin ilk günlərində olduğu kimi enerji resurslarından təzyiq vasitəsi kimi istifadə edə bilmir. Bu resursların satışından əldə olunan gəlirlər müharibəni əvvəlki templə davam etdirməyə imkan vermir. Çoxsaylı sanksiya paketləri, neftin satış qiymətinin kifayət qədər aşağı olması günlük təxminən 372 milyon dollar həcmində olan müharibə xərclərini qarşılamağa kifayət etmir.

Ukraynada da vəziyyət fərqli deyil. Müharibənin ilk günlərindən ABŞ və Avropadan asılı vəziyyətə düşən Prezident Volodimir Zelenski təminatsız iradə ilə müharibəni davam etdirə bilməyəcəyinin fərqindədir. Son bir ildə ABŞ-da administrasiya dəyişikliyi problemin həllinin Ukraynanın xeyrinə olmayacağı qənaətini formalaşdırıb. Avropa ölkələri isə təkbaşına bu problemi həll etmək imkanına malik deyillər. Məhz bu amilləri nəzərə alan Rusiya Qara dənizdə üzən gəmilərə guya Ukraynaya məxsus hesab edərək hücumlar həyata keçirməklə diqqəti yenidən daxilində olduğu münaqişəyə yönəltməyə çalışır.


Bakir Həsənbəyli 

Politoloqun sözlərinə görə, məsələ xarakter baxımından fərqli olsa da, müharibənin ilk aylarında taxıl dəhlizi ilə bağlı yaranmış beynəlxalq ajiotaja bənzəyir:

“Ukraynaya gəldikdə isə Xəzər dənizindəki əməliyyatlar Rusiyanın Qara dənizdə apardığı əməliyyatların başqa formatı kimi qiymətləndirilə bilər. Təbii ki, Türkiyənin bu istiqamətdə verdiyi xəbərdarlıq təsadüfi deyil. Türkiyə yüz illərdir Qara dənizdə öz ağırlığını qorumağa çalışan dövlətdir. Əslində, cənab Ərdoğanın bu xəbərdarlığını Rusiya prezidentinə ünvanlanan mesaj kimi də oxumaq olar.

Son dövrlərdə Putinin postsovet ölkələri ilə bağlı düşüncələri Ərdoğanı narahat etməyə bilməz. Çünki illərdir Ərdoğan türk birliyi yaratmaq layihəsi üzərində çalışır. Yeni dünya düzənində bu, ən mühüm amillərdən biri hesab olunur. Nəzərə almaq lazımdır ki, türk birliyində təmsil olunan dövlətlərdən beşi keçmiş SSRİ tərkibində olmuş ölkələrdir. Məhz bu amil Ərdoğanın xəbərdarlığının Putinə ünvanlanan sətiraltı mesaj kimi dəyərləndirilməsinə əsas verir. Siyasət prinsiplər əsasında formalaşır və düşünmürəm ki, bundan sonra iki ölkə arasında mövcud olan iqtisadi, siyasi və diplomatik münasibətlər, eləcə də qarşılıqlı səfərlər bu prinsiplərdən imtinaya səbəb olsun”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Dekabr 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri