Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... Baxçalı
Icma.az, Axar.az saytına istinadən bildirir.
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti cənab İlham Əliyevə Ankarada keçiriləcək zirvə görüşündə iştirak etmək üçün göndərdiyi dəvət Türkiyə-Azərbaycan münasibətlərinin tarixi və strateji dəyərini qorumaq baxımından xüsusi əhəmiyyət kəsb edir.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Feysbuk səhifəsində yazıb.
“Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ortaq tarix, dil, mədəniyyət, qarşılıqlı etimad və millətlərimizin birliyi üzərinə qurulub, gündəlik siyasi proseslər və müvəqqəti fikir ayrılıqlarının üzərindədir. Əlbəttə ki, dövlətlər arasında fərqli dəyərləndirmələr və həll olunmamış məsələlər ortaya çıxa bilər. Həqiqətən vacib olan bu məsələləri qardaşlıq bağlarını pozmadan qarşılıqlı anlaşma və birbaşa dialoq yolu ilə həll etmək iradəsini nümayiş etdirməkdir.
Türkiyə ilə Azərbaycan arasında etimadın qorunması iki dövlət arasında həmrəyliyin davam etdirilməsi və türk dünyasının ortaq gələcəyinin təmin edilməsi üçün vacibdir”, - deyə partiya rəhbəri bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 23 Oktyabr 2026 19:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















