Xəlifə Haftar Ərdoğanın dəvəti ilə Ankaraya gəlib
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Liviya Milli Ordusunun komandanı Xəlifə Haftar Türkiyənin paytaxtı Ankaraya səfər edib.
“Cebheinfo.az” xəbər verir ki, bu səfər Liviya Nümayəndələr Palatasının 2019-cu ildə Liviya ilə Türkiyə arasında imzalanmış dəniz yurisdiksiyası sahələrinin müəyyənləşdirilməsinə dair Anlaşma Memorandumunu rəsmi şəkildə təsdiqləməsindən sonraya təsadüf edir.
Xəlifə Haftarı hava limanında Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Səlcuq Bayraktaroğlu və Türkiyə Silahlı Qüvvələrinin komandanları tərəfindən qarşılanıb.
Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə ötən gün Ankaraya gələn Xəlifə Haftarı oğulları Xalid Haftar və Bilkasım Haftar də müşayiət edib.
Haftar və onu müşayiət edən nümayəndə heyəti Ankara Hava Limanında yüksək rütbəli türk hərbi rəsmiləri tərəfindən rəsmi mərasimlə qarşılanıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Baş Qərargah rəisi Səlcuq Bayraktaroğlu və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın Ankarada Liviya Milli Ordusunun komandanı, marşal Xəlifə Hafter, onun müavini, general Saddam Hafter, Baş Qərargah rəisi Xalid Haftar və Liviya İnkişaf və Yenidənqurma Fondunun rəhbəri Bilkasım Haftarla görüşüblər.
Səfər çərçivəsində Xəlifə Haftarın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşü gözlənilir.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 25 Noyabr 2026 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















