Icma.az
close
up
RU
Ərdoğanın jestinə Bakının sükutu Əliyev Ankaraya gedir? KONKRET

Ərdoğanın jestinə Bakının sükutu Əliyev Ankaraya gedir? KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra deyib ki, “İnanıram ki, türk dünyası olaraq sarsılmaz qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında yenə də birlik və bərabərlik içində dayanacağıq”.

KONKRET.az globalinfoaz-a istinadən xəbər verir ki, R. T. Ərdoğanın bu çıxışı diqqət çəkir. Ümumilikdə, bu açıqlamanı müsbət saymaq olar. Lakin pərdəarxası məqamlara baxmaq lazımdır. Aydın məsələdir ki, bu açıqlama ilə Türkiyə Prezidenti Ankara ilə Bakı arasında soyuqluğu aradan qaldırmaq istəyir.

Düzdür, R.T.Ərdoğan bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək bu yöndə ilk ciddi addımı atsa da, həmin vaxt, dediyim kimi, mövcud soyuqluğu aradan qaldırmaq üçün bir zəng kifayət deyil.

Bu zəngdən bir neçə gün sonra Türkiyə Prezidentinin baş müşaviri Oqtay Saralın vəzifəsindən uzaqlaşdırılmasını R.T.Ərdoğanın ikinci ciddi jesti saymaq olar. Düzdür, bu qərarın Azərbaycandan gələn xüsusi istək əsasında verildiyini demək düzgün deyil, lakin jurnalistlə telefon danışığı zamanı Azərbaycanla bağlı açıqlamalarına görə vəzifədən uzaqlaşdırılıb-uzaqlaşdırılmadığı soruşulduqda Saral: “Bəli, elə görünür”, – deyə cavab verib. Yəni R. T. Ərdoğan Bakı ilə buzları əritmək üçün faktiki olaraq O. Saralı qurban verdi.

Əslində, bu gedişi anlamaq elə də çətin deyil. Çünki Azərbaycanda vahid məktəbli formasının tətbiqi qərarına Türkiyədən gələn reaksiyalar bir yerə qədər fərdlər, qruplar və AKP-yə yaxın şəxslər üzərindən idisə, O. Saralın “Hicablı tələbələrin təhsil hüququnun əngəllənməsi qəbulolunmazdır” sözləri Türkiyə dövlətinin adından verilən reaksiya idi. Təbii olaraq, rəsmi Bakı bunu özünün daxili işlərinə açıq müdaxilə, başlanan kampaniyanı isə hakim AKP-nin təşəbbüsü kimi qiymətləndirdi.

Hesab edirəm ki, R.T.Ərdoğanın Prezident İlham Əliyevə zəng etməsindən sonra O.Saralın vəzifəsindən uzaqlaşdırılması müsbət jestlər olsa da, Ankara ilə Bakı arasında buzları tam əridə bilməyib.

Ümumiyyətlə, məsələ ondadır ki, son hadisələr, xüsusilə də AKP-nin Azərbaycana, Prezident İlham Əliyevə və verilən qərara qarşı başlatdığı neqativ kampaniya Bakı nəzərində ciddi etimad sarsıntısı yaradıb. Lakin burada bir məqama aydınlıq gətirim: bu, Azərbaycanın Türkiyə münasibətlərinə və türk xalqına qarşı etimadsızlığı deyil, AKP iqtidarına qarşı etimadsızlıqdır.

Misal üçün, MHP başqanı Dövlət Baxçalının açıqlamaları Azərbaycanda müsbət qarşılandı. Faktiki olaraq, bu, həm iki dövlət arasındakı münasibətlərin qorunması, həm də türk dünyasının birliyi yönündə müsbət təşəbbüs kimi qiymətləndirildi. Bundan başqa, Zəfər Partiyasının sədri Ümid Özdağın Azərbaycana səfəri gözlənilir. Yəni AKP-dən fərqli olaraq, Bakı milliyyətçi kəsimə hazırda daha isti baxır.

Ərdoğanın sonuncu açıqlamasına gəldikdə, məncə, bu və bundan öncəki jestlərin əsas səbəbi oktyabrın 30-da Ankarada ev sahibliyi ediləcək Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə toplantısına Azərbaycan Prezidentinin qatılmasını təmin etməkdir. Qeyd edim ki, R.T.Ərdoğan telefon zəngi zamanı Prezident İlham Əliyevi məlum sammitə dəvət etmişdi. Lakin hələlik müsbət və ya mənfi cavabın olmasına dair rəsmi məlumat yoxdur.

Subyektiv yanaşmam belədir ki, Bakı sammitə qatılmağa isti baxmır. Çünki mövcud vəziyyətdə heç kəs zəmanət vermir ki, sammitin keçiriləcəyi ərazidə AKP-yə bağlı şəxslər və ya radikal islamçılar aksiya keçirib təxribat törətməyəcəklər. Misal üçün, günlərdir Türkiyədəki konsulluq və səfirliyimizin qarşısında ciddi polis nəzarəti var və təxribat ehtimalları hələ də qalır. Digər tərəfdən, sosial şəbəkələrdə anti-Azərbaycan çağırışları və təbliğatı səngiməyib.

Azərbaycanın sammitə qatılmaması təşkilatın digər üzvlərini narahat edəcəyi kimi, Türkiyə üçün də ciddi prestij itkisi ola bilər. Təşkilatın digər üzv ölkələri yaxşı bilir ki, Azərbaycan qonşuları ilə dinc yaşayan və təşkilatın bu günə gəlməsində böyük işlər görən ölkədir. Yəni Bakı asanlıqla inciməz. Əgər qatılmayıbsa, demək, ortadakı inciklik daha dərin və düşündürücüdür.

Yox, əgər Azərbaycan sammitə qatılarsa, hesab edirəm ki, bu, AKP iqtidarı, xüsusilə də R.T.Ərdoğan üçün ciddi prestij itkisi olacaq. Çünki MHP başqanı Dövlət Baxçalının pozitiv açıqlamaları, məhz bundan sonra R.T.Ərdoğanın Prezident İlham Əliyevə zəng etməsi ondan xəbər verə bilər ki, Bakı milliyyətçi qanadın istəyini nəzərə alaraq sammitə qatılacaq.

Təbii ki, bunlar mənim subyektiv yanaşmamdır və nəticə çox fərqli də ola bilər. Nəticəni isə zaman göstərəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 Oktyabr 2026 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri