Ərəbistandan kütləvi qaçış: Təyyarə biletləri də bahalaşdı
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
ABŞ və İsrailin İrana hücumlarından sonra hava məkanında yaranan məhdudiyyətlər səbəbindən Körfəz ölkələrində işləyən və ya istirahətdə olan imkanlı şəxslər üçün xüsusi təxliyə əməliyyatı təşkil olunub.
“Cebheinfo.az” xəbər verir ki, 350 min dollar ödəyən şəxslər xüsusi təhlükəsizlik dəhlizi vasitəsilə Avropaya aparılır.
Belə ki, müharibə təhlükəsi fonunda raket hücumlarının Birləşmiş Ərəb Əmirliklərinin Dubay və Əbu-Dabi şəhərlərinə, eləcə də Qətər və Bəhreynə qədər uzanması bölgədə ciddi narahatlıq yaradıb. Uzun illər təhlükəsiz məkan kimi qəbul edilən və əsasən varlı təbəqənin yaşadığı bu ərazilərdən indi zəngin elita mərhələli şəkildə təxliyə olunur.
İngiltərə mediasının məlumatına görə, Körfəzdən çıxmaq istəyənlər üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad əsas tranzit nöqtəsinə çevrilib. Paytaxtdakı hava limanı hazırda fəaliyyət göstərən azsaylı regional mərkəzlərdən biridir.
Dubaydan Ər-Riyada çatmaq üçün xüsusi mühafizə şirkətləri tərəfindən təhlükəsiz dəhliz yaradılıb. Təxminən 10 saat davam edən yol üçün xüsusi təchizatlı cip karvanları icarəyə götürülür. Daha sonra isə Avropaya uçuş üçün özəl təyyarələr təşkil edilir.
ABŞ-nin “Semafor” xəbər platformasının yazdığına görə, təxliyə olunanlar arasında qlobal maliyyə şirkətlərinin yüksək vəzifəli rəhbərləri və işgüzar səfərdə olan varlı şəxslər də var.
Ər-Riyaddan Avropaya özəl təyyarə icarəsinin qiyməti 350 min dollara qədər yüksəlir. Səudiyyə Ərəbistanı eyni zamanda viza qaydalarını da sadələşdirib. Bir çox ölkə vətəndaşları üçün əvvəlcədən müraciət tələbi aradan qaldırılıb və hava limanında viza almaq imkanı yaradılıb. Bu isə ölkəni təcili çıxış marşrutu kimi daha da cəlbedici edir.
Əfsanə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 03 Mart 2026 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















