Ərəblər Netanyahunu deyil, Qadi Ayzenkotu dəstəkləyiblər
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
İsrail Prezidenti İsxak Hersoq “Yaşar” partiyasının sədri Qadi Ayzenkota yeni hökuməti formalaşdırmaq üçün mandat verəcək.
Yeniavaz.com xəbər verir ki, “The Times of Israel” nəşrinin məlumatına görə İsxak Hersoq artıq qərarı barədə Qadi Ayzenkotu və hazırkı Baş nazir Benyamin Netanyahunu məlumatlandırıb. Bundan əvvəl prezident müxtəlif siyasi qüvvələrin nümayəndələri ilə əlavə məsləhətləşmələr aparıb.
Yeni Knessetin 120 deputatının təmsil olunduğu siyasi partiyalarla keçirilən məsləhətləşmələr zamanı Qadi Ayzenkot baş nazir vəzifəsinə 67 deputatın dəstəyini qazanıb. Benyamin Netanyahu isə 46 deputat tərəfindən dəstəklənib.
Knessetdə 7 mandatı olan “Tövrat yəhudiliyi” partiyası namizədlərdən heç birinə dəstək verməyib. Ərəb partiyaları isə Qadi Ayzenkotun namizəd olmasına dəstək olublar.
Mandatı rəsmi şəkildə aldıqdan sonra Qadi Ayzenkotun hökuməti formalaşdırmaq üçün 28 günü olacaq. Zərurət yaranarsa, prezident bu müddəti daha 14 gün uzada bilər.
Yeni hökuməti formalaşdırmaq üçün Ayzenkot digər siyasi partiyalarla razılığa gəlməli və Knessetdə deputatların əksəriyyətinin dəstəyini təmin etməlidir.
Baxış sayı:148
Bu xəbər 08 Noyabr 2026 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















