Icma.az
close
up
RU
Ərəblərdən “Trabzonspor”un bombardirinə astronomik təklif

Ərəblərdən “Trabzonspor”un bombardirinə astronomik təklif

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

“Trabzonspor”un heyətində çox məhsuldar oyun sərgiləyən və komandanın əsas qol silahı sayılan Paul Onuaçu ilə bağlı mühüm transfer iddiası ortaya atılıb.

"Football-plus.az" xəbər verir ki, Səudiyyə Ərəbistanı nəhəngi, Asiya Çempionlar Liqasının son qalibi statusunda olan “Əl-Əhli” təcrübəli forvarda ciddi maraq göstərir.
Türkiyə mətbuatının yazdığına inansaq, bu klub yayda trabzonluların “qapısını döyməyə” hazırlaşır. Əslində “Əl-Əhli”də ingiltərəli forvard Ayven Touni çox yüksək məhsuldarlıq sərgiləyir. Amma bu futbolçu karyerasını vətənində davam etdirmək və İngiltərəyə qayıtmaq arzusundadı.
Yayda onun klubdan ayrılacağı gözlənilir. Bu üzdən “Əl-Əhli” indidən əl-ayağa düşərək Tounini layiqincə əvəzləyə biləcək bir futbolçu axtarışına çıxıb.
Ərəblərin fikrincə, Onuaçu bunu etməyə qadirdi. Hərçənd 201 sm boya malik olan yekəpər forvard qaradənizlilərə çox bağlıdı. Onu bu klubdan ayırmaq asan olmayacaq. Onuaçu hələ Trabzondakı ilk mövsümündə - 2023/24-də ortaya qoyduğu performansla fanatların sevimlisinə çevrilmişdi. Amma ərəblər onu həmişəki üsulla – pulun sayəsində şirnikləndirməyə çalışacaq.
İddialara inansaq, Onuaçuya hazırda Trabzonda qazandığından 4 qat artıq, yəni illik 7,5-8 milyon avro maaş təklif olunub! “Əl-Əhli” “Trabzonspor”un özünə isə ilkin olaraq 15 milyon avro təklif edəcək və lazım gələndə bu məbləği artıracaq. İndidən əminliklə demək olar ki, yayda bu transfer məsələsi uzun müddət gündəmi zəbt edəcək.
Afrika Millətlər Liqasından dönəndən bəri iştirak etdiyi ardıcıl 8 rəsmi oyunun hər birində qol vuran 31 yaşlı futbolçu 18 qolla Türkiyə çempionatında bombardirlər yarışına başçılıq edir. Nigeriyalı ulduz bu mövsüm 24 rəsmi oyunda 20 qol, 2 məhsuldar ötürməlik performans sərgiləyib.
Maraq üçün bildirək ki, Onuaçu sona qədər də zirvəni əldən verməsə, “Trabzonspor”un heyətində bombardir olmuş 6-cı futbolçu kimi Türkiyə çempionatının tarixinə düşəcək. Daha öncə bunu qaradənizlilərin heyətində Necmi Perekli (1976/77, 18 qol), Şota Arveladze (1995/96, 25), Fatih Təkkə (2004/05, 31), Burak Yılmaz (2011/12, 33) və Aleksander Sörlot (2019/20, 24) bacarıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 11 Mart 2026 23:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri