Icma.az
close
up
RU
Ərini öldürüb həyətdə basdıran qadının dəhşətli etirafları: Altı yaşlı oğlum da evdə idi

Ərini öldürüb həyətdə basdıran qadının dəhşətli etirafları: Altı yaşlı oğlum da evdə idi

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakının Sabunçu rayonunda ərini qətlə yetirərək yaşadığı evin həyətində basdırmaqda təqsirləndirilən Elmira İbrahimovanın cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsə ittiham aktı elan olunub.

Təqsirləndirilən şəxs ittiham üzrə özünü qismən təqsirli bilib.

* Elmira öldürüb həyətdə basdırdığı ərinin kreditini ödəyirmiş: Samiri dəfn etdiyi yerə "Giriş qadağandır" nişanı da qoyub

Daha sonra Elmira İbrahimovanın sərbəst ifadəsi dinlənilib.

"Samirlə 21 il evli olmuşam. Son beş il idi ki, ailədə münasibətlərimiz kəskinləşmişdi. O, Binə qəsəbəsində bir qadınla münasibətinin olduğunu demişdi. Evdə həmişə məni döyür, söyürdü. Hadisə 2024-cü il noyabrın 25-də baş verib. Altı yaşlı oğlum da evdə idi. Həmin vaxt narkotik maddə qəbul etmişdi, mənə də vermək istədi. Mənə əxlaqsız təklif etdi, mən isə qəbul etmədim. Məni döydü və dedi ki, silahı gətirib ona verim. Silahı gətirmək istəməsəm də, yenidən ağır söyüşlər söydü. Silahı gətirəndə bir anlıq özümdə olmamışam, əsəbiləşmişəm və bu zaman ona tərəf güllə açılıb. Silah hazır vəziyyətdə imiş, bunu bilməmişəm".

Təqsirləndirilən şəxs sualları cavablandırarkən bildirib ki, həyat yoldaşına atəş açdıqdan sonra hadisə barədə heç kimə məlumat verməyib və meyitin üzərinə mələfə örtüb.

"O, idmançı olduğu üçün cüssəli idi. Meyitini çətinliklə sürüyüb həyətə apararaq basdırdım. Ancaq onu basdırdığım çuxuru nə vaxt qazdığımı xatırlamıram. Samirə məxsus silahı və mobil telefonu isə hissələrə ayıraraq aparıb dənizə atdım".

Elmira İbrahimova ərinə məxsus əşyaları dənizə atmasının səbəbini onun yaxınlarından qorxması ilə izah edib.

Zərərçəkənin anası və hüquqi varisi isə təqsirləndirilənin dediklərinə etiraz edərək onun yalan danışdığını bildirib.

* Arvadı tərəfindən amansızlıqla öldürülən kişinin qohumu: "Tək adamın işi deyil"

Məhkəmənin növbəti baxış iclası aprelin 2-nə təyin edilib.

Qeyd edək ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 1985-ci il təvəllüdlü Samir Arif oğlu Əliyevin itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri tərəfindən polisə müraciət olunub.

Polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində S.Əliyevin 1986-cı il təvəllüdlü həyat yoldaşı Elmira Vidadi qızı İbrahimova tərəfindən ov silahı ilə qətlə yetirildiyi və meyitin yaşadıqları evin həyətində basdırıldığı müəyyən edilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən E.İbrahimova saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ona ittiham irəli sürülüb.

Elgün Həsənli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Mart 2026 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri