Ərinin öldürdüyü qadına yas verməkdən imtina edildi Şok
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Şəmkir rayonunun Şiştəpə kənd sakini, 1985-ci il təvəllüdlü Röyalə Orucovanın əri Arif Hacıyev tərəfindən öldürülməsinin təfərrüatı məlum olub.
Axar.az xəbər verir ki, Şiştəpə kənd sakinləri Teleqraf-a hadisənin kəndə yerləşən gözəllik salonunun qarşısında, mərhum qadının qardaşının gözləri önündə baş verdiyini bildiriblər.
Qeyd olunub ki, R.Orucovanın həyat yoldaşı onu bıçaqla qətlə yetirib. Hadisənin namus zəminində baş verdiyi iddia edilir. Belə ki, bir müddətdir kənddə qadının adı ətrafında bu yöndə söz-söhbətlər dolaşırmış və əri R.Orucovanı öldürəcəyi ilə dəfələrlə hədələyib. Hətta bu söhbətlərə görə, onların böyük qızının ailəsi dağılıb.
R.Hacıyevanın həyat yoldaşı saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Mərhumun yaxın qohumları heç bir yas mərasimi keçirilməyəcəyini bəyan ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 07 Oktyabr 2025 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















