Ərinin qətlində təqsirləndirilən qadına yüngül cəza verildi
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Həyat yoldaşını ehtiyatsızlıqdan qətlə yetirməkdə təqsirləndirilən Raidə Mahmudovanın cinayıt işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
"Unikal"ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirikən prosesdə hökm oxunaraq Raidə Mahmudova 1 il 6 ay azadlıqdan məhrum edilib.Məhkəmənin qərarına əsasən o cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Xəzər rayonunda baş verib. Mübahisə zamanı Raidə Mahmudova Hacı Mahmudovun baş nahiyəsinə küt alətlə zərbələr endirib və çarpayıdan yerə itələyib. Nəticədə Hacı Mahmudov ölüb.
Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 124.1-ci (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Seymur Əli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 08 Oktyabr 2025 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















