Bakıda ərinin baltalayaraq öldürdüyü qadın vəzifəli şəxs imiş FOTO
Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakıda ərinin baltalayaraq öldürdüyü Nəriminə Bədəlova vəzifəli şəxs imiş.
“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, o, bir sıra qurumlarda işləyib.
N.Bədəlova bir müddət Şuşa Şəhər İcra Hakimiyyətinin baş mühasibi vəzifəsində çalışıb. Daha sonra Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyində də eyni vəzifəni tutub. İcma ləğv edildikdən sonra “Qarabağa Dönüş” İctimai Birliyinin baş mühasibi kimi fəaliyyət göstərib.
N.Bədəlova əslən Şuşalıdır. Tanıyanlar onu çox mədəni, işgüzar, işində məsuliyyətli və mehriban insan kimi xarakterizə edirlər: “O qadın belə bir ölümə layiq deyildi. Özümüzə gələ bilmirik”
N.Bədəlovanın həyat yoldaşı Yaşar Bədəlov uzun illər Rusiyada işləyib, bir neçə il əvvəl Azərbaycana qayıdıb. Burada şirkətlərdən birində mühafizəçi işləyirmiş.
Hadisənin motivinə gəlinə, iddialara görə, Yaşar Bədəlov yaşadıqları mənzili qardaşına bağışlamaq istəyirmiş. Nərminə Bədəlova isə bununla razı deyilmiş. Bir müddət əvvəl boşanan cütlüyün arasında sonuncu mübahisə də bunun üstündə olub.
Qeyd edək ki, hadisə noyabrın 10-da paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib. 1956-ci il təvəllüdlü Yaşar Bədəlov yaşadığı mənzildə ailə münaqişəsi zəminində həyat yoldaşı, 1965-ci ildə anadan olmuş Nərminə Bədəlovanı balta ilə qətlə yetirib. O, daha sonra özünü asaraq intihar edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 14 Noyabr 2025 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















