Icma.az
close
up
RU
Ərinin qətlini sifariş verməkdə təqsirləndirilən Əzizə Seyidovaya ağır cəza verildi

Ərinin qətlini sifariş verməkdə təqsirləndirilən Əzizə Seyidovaya ağır cəza verildi

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ərinin qətlini sifariş verməkdə təqsirləndirilən Əzizə Seyidova və qətlin icrasında iştirak etməkdə təqsirləndirilən Mehdi Məmmədov, Elvin Əliyev və Bəxtiyar Fərzəliyevin cinayət işi üzrə məhkəmə prosesində vəkillər maraqlı faktlar açıqlayıblar.

Gununsesi.info Oxu.az-a istinadla bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənlərin müdafiəçiləri çıxış ediblər. Vəkillər bildiriblər ki, Əzizə Seyidovanın ona elan olunan maddələr üzrə təqsiri sübuta yetirilməyib və ibtidai istintaq zamanı ciddi nöqsanlara yol verilib.

Müdafiə tərəfinin əsas vurğuladığı məqamlardan biri Əzizə Seyidovanın sifarişçi kimi ittiham olunmasına baxmayaraq, onun ərinin qətlini hansı məbləğ qarşılığında sifariş verdiyinin istintaq tərəfindən müəyyən edilməməsi olub.

Vəkillər qeyd ediblər ki, Əzizə Seyidova qətldə birbaşa iştirak etmədiyi halda, ona “xüsusi amansızlıqla adam öldürmə” maddəsi ilə ittiham verilməsi istintaqın yol verdiyi ciddi səhvlərdən biridir.

Zərərçəkmiş şəxsin hüquqi varisi isə müdafiəçilərin səsləndirdiyi arqumentlərə etiraz edərək məhkəmədən işə obyektiv qiymət verilməsini xahiş edib.

Daha sonra təqsirləndirilənlərə son söz verilib.

Müşavirədən sonra hökm elan olunub. Hökmə əsasən, Əzizə Seyidova 17 il, Mehdi Məmmədov 18 il 6 ay, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevin hər biri isə ayrı-ayrılıqda 17 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, prokuror məhkəməyə çıxışında Əzizə Seyidovanın 18 il, digər təqsirləndirilənlərin isə hər birinin 19 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Qeyd edək ki, hadisə 2023-cü il martın 15-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Əzizə Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayətin təşkili), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, 23 yaşlı Əzizə Seyidova həyat yoldaşı Əli Seyidlini cəzalandırmaq niyyətində olub və onun qətlini tanışı Mehdi Məmmədliyə sifariş verib. Onlar birlikdə plan quraraq Ə.Seyidlinin evə gəlib-getmə vaxtlarını müəyyənləşdiriblər.

2023-cü il martın 15-də Əzizə Seyidova Mehdi Məmmədli ilə əlaqə saxlayaraq ərinin məhz həmin gün öldürülməsini tapşırıb. Bundan sonra Mehdi Məmmədli dostları ilə birlikdə gecə saatlarında Ə.Seyidlinin yaşadığı ünvanın yaxınlığına gəlib və onu gözləyiblər. Ə.Seyidli evinə daxil olmaq istəyərkən təqsirləndirilən şəxslər onun qarşısını kəsərək 23 bıçaq zərbəsi endirməklə qətlə yetiriblər.

Əvvəlki məhkəmə iclaslarında Əzizə Seyidova elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini bildirib. Digər təqsirləndirilənlər – Mehdi Məmmədli, Elvin Əliyev və Bəxtiyar Fərzəliyev isə özlərini qismən təqsirli hesab ediblər.

Bundan əlavə, məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxslər ibtidai istintaqa verdikləri ifadələri dəyişərək qətlin Əzizə Seyidovanın sifarişi ilə deyil, Əli Seyidli ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində törədildiyini iddia ediblər.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 13 Yanvar 2026 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see223

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see203

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see187

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see177

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see143

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see142

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see139

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see138

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see131

İngiltərə Kuboku: “Brayton” “Yunayted”i məğlub edib

11 Yanvar 2026 23:01see126

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri