Ərinin qətlinin sifarişində ittiham olunan qadına ağır cəza istənildi
Icma.az, Baku.ws saytına istinadən bildirir.
Ərinin qətlini sifariş verməkdə təqsirləndirilən Əzizə Seyidova və cinayətin icraçıları qismində təqsirləndirilənlər - Mehdi Məmmədov, Elvin Əliyev və Bəxtiyar Fərzəliyevin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən iclasda prokuror çıxışı zamanı təqsirləndirilənlərdən Mehdi Məmmədov, Elvin Əliyev və Bəxtiyar Fərzəliyevin hər birinin ayrı-ayrılıqda 19 il, Əzizə Seyidovanın isə 18 il müddətinə azadlıqdan məhrum olunmasının istəyib.
Daha sonra çıxış üçün söz müdafiə tərəfinə verilib.
Müttəhim Əzizə Seyidovanın vəkili Elmira İsmayılova müvəkkili ilə bağlı istintaqın düzgün aparılmadığını, ona verilən maddələrin qərəzli olduğunu deyib.
Vaxt məhdudiyyətindən digər çıxışlar dekabrın 30-na təyin edilən iclasda dinləniləcək.
Qeyd edək ki, hadisə 2023-cü il martın 15-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Ə.Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
İttihama görə, 23 yaşlı Əzizə Seyidova həyat yoldaşı Əli Seyidlini cəzalandırmaq istəyib.
O, ərinin qətlini tanışı Mehdi Məmmədliyə sifariş verib. Onlar birlikdə plan qurub, Ə.Seyidlinin evə gəlib-getmə vaxtlarını dəqiqləşdiriblər. 2023-cü il martın 15-də Ə.Seyidova M.Məmmədli ilə əlaqə saxlayıb, ərini məhz həmin gün öldürməyi tapşırıb. Bundan sonra M.Məmmədli dostları ilə birlikdə gecə saatlarında Ə.Seyidlinin yaşadığı ünvanın yaxınlığına gələrək gözləyiblər. Ə.Seyidli evinə daxil olmaq istədikdə M.Məmmədli və dostları onu qarşısını kəsərək, 23 bıçaq zərbəsi endirməklə qətlə yetiriblər.
Qeyd edək ki, əvvəlki məhkəmə iclasları zamanı Əzizə Seyidova elan olunan ittihamla özünü təqsirli bilməyib. Digər təqsirləndirilənlər - Mehdi Məmmədli, Elvin Əliyev və Bəxtiyar Fərzəliyev isə özlərini qismən təqsirli biliblər.
Onu da qeyd edək məhkəmə istintaqı zamanı təqsirləndirilənlər ibtidai istintaqa verdikləri ifadələrini dəyişərək, qətli Əzizə Seyidovanın sifarişi ilə deyil, Əli Seyidli ilə şəxsi münasibətləri zəminində törətdiklərini deyiblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 23 Dekabr 2025 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















