Icma.az
close
up
RU
Eritreyada girov götürülən Azərbaycan gəmiləri ilə bağlı XİN dən AÇIQLAMA

Eritreyada girov götürülən Azərbaycan gəmiləri ilə bağlı XİN dən AÇIQLAMA

Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Xarici İşlər Nazirliyi 4 aydan çoxdur, heyətlə birgə Eritreyada girov götürülən Azərbaycan gəmiləri ilə bağlı suallara aydınlıq gətirib.

Bu barədə Pravda.az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin Mətbuat katibi Ayxan Hacızadə bildirib ki, məsələ ilə əlaqədar yeni bir açıqlama yoxdur: “Müvafiq iş aparılır. Yekun nəticə əldə olunandan sonra məlumat veriləcək”.

Xatırlatma: “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialı tərəfindən istismar olunan Azərbaycanın dövlət bayrağı altında üzən “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreyanın ərazi sularına məcburi giriş edib. XİN tərəfindən yanvar ayında verilən açıqlamada bildirilmişdi ki, keçid zamanı Eritreyanın liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmayıb. Bu səbəbdən dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra Eritreyanın müvafiq qurumu tərəfindən girişin icazəsiz olduğu vurğulanıb və gəmilər saxlanılıb. Gəmilərdə heyət üzvlərindən 18 nəfəri Azərbaycan vətəndaşıdır. Açıqlamada həmçinin hadisə ilə bağlı ilkin məlumatlar 2024-cü il noyabrın 7-də işçi qaydada Xarici İşlər Nazirliyinə daxil olduqdan sonra məsələnin nəzarətə götürüldüyü bildirilmişdi.

Aytəkin Qardaşova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://pravda.az
archiveBu xəbər 17 Mart 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Elgün öldürülüb, yoxsa intihar edib? Ekstrasens

18 May 2025 13:59see414

Tut yığmaq üçün ağaca çıxan kişi yıxılaraq öldü

18 May 2025 21:32see174

IX sinif buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq?

19 May 2025 11:32see169

Neftçi Səbail ə, Qarabağ Kəpəz ə qarşı

18 May 2025 08:01see133

Misir aeroportunda bədbəxt hadisə: Reklam lövhəsi sərnişinlərin üzərinə aşdı

18 May 2025 17:49see131

Hava limanı yolunda ara işləyən taksi sürücüsünün saxlanılma anı VİDEO

19 May 2025 09:00see123

Messi tarixin ən yaxşı oyunçusu seçildi

18 May 2025 17:38see121

Xudafərin körpüsündə qazıntı aparan şəxsin meyiti tapıldı

18 May 2025 17:52see119

İdarə rəisi sərxoş vəziyyətdə saxlanılıb Qalmaqal

19 May 2025 00:20see118

Meyvə alarkən bunlara diqqət et Sağlamlıq üçün vacib məqamlar

18 May 2025 22:37see118

Azərbaycanlı futbolçu Almaniyada mövsümü 14 qolla başa vurub

19 May 2025 02:58see117

İtaliyada çempion son turda müəyyənləşəcək

19 May 2025 01:07see117

Ölümünü yuxusunda görən sənətkar Səxavət Məmmədovun həyat hekayəsi

19 May 2025 01:01see115

Sudanda silahlıların hücumu nəticəsində 18 dən çox insan qətlə yetirilib

18 May 2025 18:38see115

Yağışlar Zaqatalada 100 dən çox sakinə ziyan vurdu

19 May 2025 00:01see114

“Neftçi” və “Qarabağ”dan qələbə YENİLƏNİB

18 May 2025 20:55see113

Bakıda və bölgələrdə güclü külək gözlənilir XƏBƏRDARLIQ

18 May 2025 19:33see113

“Üç aydır maaş almırıq, paltardəyişmə otağına girib yumruğumu masaya döyürəm”

18 May 2025 22:35see112

Azərbaycan klublarının büdcəsinə görə SIRALAMASI

18 May 2025 14:18see111

Populyar film ekranlara qayıdır

19 May 2025 02:33see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri