Icma.az
close
up
RU
Qəzzada 60 gün...

Qəzzada 60 gün...

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

HƏMAS atəşkəsə “hə” deyəcəkmi?

Qəzzaya müvəqqəti də olsa, sülh gələ bilər. Belə ki, son aylarda aktiv hərbi əməliyyatların keçirildiyi coğrafiyada atəşkəs elan olunmasına bir addım qalır. Tərəflərdən biri - İsrail Qəzza zolağında 60 günlük atəşkəslə razılaşıb. Bunu ABŞ prezidenti Donald Tramp “Truth Social”da yazıb: “Mənim nümayəndələrim Qəzza ilə bağlı israillilərlə uzun və məhsuldar görüş keçirdilər. İsrail 60 günlük atəşkəsin təmin olunması üçün məcburi şərtlərlə razılaşdı və bu müddət ərzində biz münaqişəni dayandırmaq üçün bütün tərəflərlə işləyəcəyik”.

“Associated Press” yazır ki, Tramp Misir və Qətərin münaqişənin həlli üçün “yekun təklif” verəcəklərini bildirib. Eyni zamanda, Tramp Fələstinin radikal HƏMAS hərəkatının “sazişlə razılaşacağına” ümid etdiyini bildirib, çünki “bundan yaxşı təklif olmayacaq. Əks halda şərtlər daha da pisləşəcək”.

Misirin xarici işlər naziri Badr Abdel Atinin sözlərinə görə, İsrail və Fələstin HƏMAS hərəkatı arasında dolayı danışıqlarda vasitəçilər Qəzza zolağında 60 günlük atəşkəsə nail olmağa çalışırlar. Martın 18-də İsrail ordusu HƏMAS girovların azad olunmasını dayandırdığına görə bu ilin yanvarında yaradılmış atəşkəs rejimini pozaraq Qəzza zolağında döyüşləri bərpa edib. Qətər, Misir və ABŞ-ın vasitəçiliyi ilə keçirilən bir neçə raund danışıqlardan sonra münaqişə tərəfləri yeni sazişin şərtləri ilə bağlı razılığa gələ bilməyiblər.

Qətər və Misirin vasitəçiliyi ilə...

Qeyd edək ki, hazırda nail olunmasına çalışılan atəşkəs çağırışı İsrail və İran arasında 12 günlük müharibədən sonra ilk çağırışdır. İsrail və HƏMAS arasında təxminən 21 aydır davam edən müharibənin davam etdiyi Qəzza zolağında irəliləyişə nail olunması üçün isə Qətər və Misir vasitəçilik etməkdədir. Trampın da bildirdiyi kimi, fəal şəkildə sülh üçün iş aparan Qətər və Misir nümayəndələri son təklifi HƏMAS-a çatdırmalıdırlar.

HƏMAS-ın isə yenilənmiş atəşkəs şərtlərini qəbul edəcəyinə dair hələ heç bir məlumat yoxdur. Son təklifin HƏMAS-ın əsas tələbinə cavab verib-vermədiyi bəlli deyil.

İrəliləyiş olmasa...

Tramp deyib ki, İsrail lazımi şərtlərlə razılaşıb. O, gələn həftə Vaşinqtonda İsrailin baş naziri Benyamin Netanyahunu qəbul edəcək. Bildirib ki, Netanyahu da müharibəni bitirmək istəyir. Tramp gələn həftə razılaşma əldə oluna biləcəyinə əminliyini ortaya qoyub. “Axios” yazır ki, Trampın Qəzzada atəşkəslə bağlı xəbəri elan etməsi onun xüsusi nümayəndəsi Stiv Vitkoff və İsrailin strateji işlər naziri Ron Dermer arasında Ağ Evdə saatlarla davam edən danışıqlardan sonra baş verib. Onlar Qətərin atəşkəs və girovların azad edilməsi ilə bağlı yenilənmiş təklifini müzakirə ediblər. Nəşrin məlumatına görə, Dermer İsrailin bunu qəbul etdiyini və HƏMAS ilə dolayı danışıqlara başlamağa hazır olduğunu bildirib.

İsrailin “Ynet” portalı Qəzzada girovların azad edilməsi ilə bağlı danışıqlarda iştirak edən yüksək səviyyəli mənbələrə istinadən yazıb ki, həm HƏMAS, həm də İsrail hətta müharibənin dayandırılmasına mütləq zəmanət olmadan da danışıqların irəliləməsində maraqlıdırlar, lakin irəliləyişdən danışmaq üçün hələ də bəzi fikir ayrılıqlarını aradan qaldırmaq lazımdır.

“Axios” xəbər verir ki, İsrail rəsmiləri irəliləyiş olmadığı təqdirdə İsrailin Qəzza zolağında əməliyyatlarını genişləndirəcəyi ilə bağlı xəbərdarlıq edib.

Şərtlər nəyi diktə edir?

Xatırladaq ki, bir neçə gün öncə HƏMAS-ın İsraillə məhbus mübadiləsi razılaşması üçün şərtlər qoyduğu ilə bağlı xəbərlər yayılmışdı. “Pars Today”in İRNA-ya istinadən verdiyi xəbərə görə, şərtlərdə HƏMAS nümayəndələrinin Qəzza zolağının idarə olunmasında iştirakı və HƏMAS-ın aktivlərinin müsadirə edilməsinə və ya xaricdəki fəaliyyətinə məhdudiyyətlərin qoyulmasına icazə verilməsi də daxildir.

Bir sıra KİV-lərin yazdığına görə, son təkliflərdə HƏMAS 10 sağ qalmış israillini, 15-18 girovun isə cəsədlərini təhvil verəcək. İndiyə qədər aparılan danışıqlarda HƏMAS-ın əsas prioriteti İsrail qoşunlarının tam Qəzzadan çıxarılması və münaqişənin daimi bitməsi, İsrailin məqsədi isə HƏMAS-ın silahsızlaşdırılması, hərbi qanadının dağıdılması və mümkün olduqda liderlərinin bölgədən çıxarılması olub.

Masa üzərində olan şərtlərə isə hələlik yalnız İsrail “hə” deyib. HƏMAS bu plana tam razılıq verməyib. Onlar yalnız atəşkəsə hazır olduqlarını bəyan ediblər.

P.İSMAYILOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:236
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 İyul 2025 08:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see174

FHN: Dənizdə batdığı ehtimal edilən 3 nəfərin axtarışları davam edir

29 Sentyabr 2026 11:58see152

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see145

Bakıda piyada özünü avtomobilin önünə atdı VİDEO

29 Sentyabr 2026 11:58see145

Cənubi Qafqazda “Putin Yolu” layihəsi

29 Sentyabr 2026 11:52see144

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see143

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see143

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see143

Bakıda 3 böyük obyekt hərraca çıxarılır

29 Sentyabr 2026 12:06see142

Gələcək investisiya siyasətinin əsas istiqamətlərindən biri

29 Sentyabr 2026 12:13see141

EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR

29 Sentyabr 2026 13:22see141

Sənaye Sİ ə güvənməyə hazırdır

29 Sentyabr 2026 12:19see140

Bakı forumunda Prezident İlham Əliyevin investorlara mesajı ŞƏRH

29 Sentyabr 2026 12:13see140

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

29 Sentyabr 2026 12:06see140

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see140

​“Tramp yolu”na qarşı “Putin yolu”? Ermənistanda “yeni təklif” müzakirə olunur

29 Sentyabr 2026 12:00see137

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see128

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see128

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see128

Zidan 16 illik Fransa rekorduna imza atdı

29 Sentyabr 2026 12:09see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri