Eritreyada girov götürülən gəmilərdəki Azərbaycan vətəndaşlarının ailələri ilə əlaqəsi üçün köməklik göstərilir
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Hər gəmidə 6 azərbaycanlı dənizçi olmaqla 18 heyət üzvü olub.
Bu barədə APA-ya Dövlət Dəniz və Liman Agentliyinin mətbuat katibi Pərvanə İmanova bildirib.
Onun sözlərinə görə, eyni zamanda, Agentlik tərəfindən gəmilərin məxsus olduğu "Caspian Marine Services B.V." şrikətinin Azərbaycandakı filialı ilə mütəmadi danışıqlar aparılır.
“Şirkətdən bildirilir ki, gəmilərlə hər gün əlaqə saxlanılır, gəmilər vaxtı-vaxtında ərzaqla və digər tələbatlarla təmin edilir, heyətin ailələri ilə rabitə əlaqəsi üçün müvafiq köməkliklər göstərilir”, - Agentlik rəsmisi vurğulayıb.
Agentlik rəsmisi onu da qeyd edib ki, şirkətdən verilən məlumata əsasən, sözügedən gəmilər Eritreya dövlətinin ərazi sularına hava şəraitinin kəskin dəyişməsi səbəbindən daxil olub.
Pərvanə İmanova xatırladıb ki, 2024-cü ilin 7 noyabr tarixində"Caspian Marine Services B.V." şrikətinin Azərbaycandakı filialı tərəfindən sözügedən şirkətə məxsus 3 gəminin Eritreya dövlətinin səlahiyyətli qurumları tərəfindən saxlanılması barədə DDLA-nə məlumat daxil olub: “Dərhal Agentlik tərəfindən Xarici İşlər Nazirliyinə işçi qaydada məlumat verilib. Bununla yanaşı, Agentlik tərəfindən Eritreya Dövlətinin dəniz nəqliyyatı sahəsi üzrə səlahiyyətli qurumuna, habelə BDT-yə, Eritreyanın BDT-dəki daimi nümayəndəliyinə və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə rəsmi məktubla müvafiq məlumatlar təqdim edilib”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 08 Yanvar 2025 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















