Icma.az
close
up
RU
Menu

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

Gündə 50 qramdan artıq yemək zərərlidir

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb

“Erkən nikah ailə məsələsi deyil”

“Erkən nikah ailə məsələsi deyil”

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Azyaşlını erkən nikaha məcbur etməyin cəzası nədir? – Vəkildən mühüm açıqlamalar

Azərbaycanda nikah yaşı 18-dir və erkən evliliyin qarşısının alınması üçün qanunvericilikdə ciddi məsuliyyət nəzərdə tutulur. Bəs, qanunun sərtləşdirilməsi problemi həll etməyə kifayətdirmi? Gizli dini nikahlar, ailə təzyiqi, sübutetmə çətinlikləri və qızların təhsildən uzaqlaşdırılması erkən nikahların qarşısının alınmasında əsas problemlər olaraq qalır.

Hansı məqamda “ailə məsələsi” hüquq pozuntusuna çevrilir? Azyaşlı nikaha məcbur edilərsə, valideynləri və digər iştirakçıları hansı məsuliyyət gözləyir? Rəsmi nikah olmadan qurulan münasibətlər qadın və uşaqlar üçün hansı hüquqi risklər yaradır? Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Rəcəb Nurəliyev bu suallara cavab verib, erkən nikahla bağlı hüquqi mexanizmləri və praktikadakı əsas problemləri izah edib.

– Azərbaycan qanunvericiliyi erkən nikahların qarşısının alınması üçün kifayət qədər hüquqi mexanizmlər təqdim edirmi? Siz hansı boşluqları görürsünüz?

– Məlum olduğu kimi, Azərbaycan Respublikasının qanunvericiliyində, daha konkret desək, Ailə Məcəlləsinin 10.1-ci maddəsində nikah yaşı 18 yaş olaraq müəyyən edilmişdir. Qeyd etməyi vacib hesab edirik ki, 5 noyabr 2011-ci il tarixindən müvafiq dəyişikliklə əvvəllər nikah yaşı kimi nəzərdə tutulmuş “kişilər üçün 18 yaş, qadınlar üçün 17 yaş” sözləri “18 yaş” sözləri ilə əvəz edilmiş, əvvəllər mövcud olmuş istisna (Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər) qanunvericlikdən çıxarılmış, hər iki cinsin nikah yaşı qəti olaraq 18 yaş müəyən olunmuşdur.

Ümumiyyətlə, erkən nikahların və rəsmi olmayan dini nikahların (kəbin) qarşısının alınması ilə bağlı hüquqi tənzimləmə kifayət qədər qənaətbəxşdir və qanunvericiliyin bu istiqamətə yanaşması pozitivdir. Elə nikah yaşının 17 yaşa endirə bilən istisnasının ləğv edilməsi erkən nikahların qarşısının alınmasında müsbət addım və hüquqi bazanın gücləndirmişdir kimi dəyərləndirilməlidir. Hesab edirik ki, bu istiqamətdə bəzi boşluqlar var. Məsələn, inzibati kəbinin gizlədilməsi. Rəsmi qeydiyyat olmadan kəbin kəsən din xadimləri üçün inzibati məsuliyyət müəyyən olunsa da (İnzibati Xətalar Məcəlləsi: Maddə 189-3. Yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbinkəsmə) bu mərasimlər tez-tez gizli keçirilir. Daha bir məsələ tibbi müayinə və müəssisələrin məlumatlandırma mexanizmi ilə bağlıdır. Azyaşlının hamiləliyi zamanı tibb müəssisələrinin hüquq-mühafizə orqanlarına dərhal məlumat verməsi mexanizmi praktikada həmişə çevik işləmir.

– Praktikada erkən nikahlarla bağlı işlərə baxarkən ən çox rast gəlinən hüquqi problemlər hansılardır?

– Praktikada ən çox rast gəlinən hüquqi problemlərə sübutetmə çətinliyini aid etmək olar. Məsələn, ailə daxilində “məcburetmə” faktını sübut etmək mürəkkəbdir, bundan əlavə tərəflər tez-tez ifadələrini dəyişərək münasibətin “könüllü” olduğunu iddia edirlər. Burada o milli mental dəyərlər də ön plana çıxır ki, erkən kəbin kəsilməsinə razılıq vermiş valideynlər barədə məlumat vermək həm yeniyetmə üçün mənəvi baxımdan çətin olur, həm də qohumlar arasında ciddi qınağa gətirib çıxarır. Qohumluq əlaqələri səbəbindən şahidlərin ifadə və ya xəbər verməkdən imtina etməsi də çox rast gəlinən problemlərdəndir. Daha sonra, tərəflərin bir-birilərini sevməsinə baxmayaraq valideynlərin onları başqa şəxslə evləndirəcəyi qorxusundan erkən nikaha girmələri də həmin problemlərə aiddir və s.

– Rəsmi nikah olmadan keçirilən dini və ya adət xarakterli nikah mərasimləri hansı hüquqi riskləri yaradır? Bu cür münasibətlərdə uşaqların və qadınların hüquqları necə qorunur?

– Hər şeydən əvvəl qeyd edilməlidir ki, rəsmi nikah olmadıqda tərəflər arasında hüquqi baxımdan ər-arvad münasibətləri yaranmır və belə münasibətlərin mövcudluğu, eləcə də həmin münasibətlərdən yaranan nəticələr əlavə məhkəmə sübutu tələb edir. Məsələn, rəsmi nikah olmadan doğulmuş uşaqların aliment, vərəsəlik məsələləri və s. bağlı hüquqları atalıq faktının məhkəmə qaydasında müəyyən edilməsindən sonra yaranır. Doğrudur, burada qeydiyyat şöbələrində uşaq üçün doğum haqqında şəhadətnamə alınarkən atalığın könüllü etirafı uşağa görə aliment hüququ yaratsa da, qeyd etdiyimiz digər məsələlərdə məhkəmə qərarları tələb olunur. Rəsmi nikahda olmayan şəxslər, deməli həm də qadınlar da, birgə faktiki nikah zamanı əldə edilmiş əmlaka pay, eləcə də vərəsəlik hüququna malik deyillər. Əmlak yalnız adına mülkiyyət hüququ qeydə alınmış şəxsindir. Daha sonra, qadınlar uşağın 3 yaşınadək özlərinə görə ala biləcəkləri alimenti tələb etmək hüququna malik deyillər. Bundan əlavə, rəsmi nikahı olmayan qadınlar ərlərinin ölümündən sonra ailə başçısını itirməyə görə pensiya almaq hüququndan da məhrumdurlar və s.

-Erkən nikaha məcbur edilən yeniyetmə və ya onun yaxınları hüquqi baxımdan ilk növbədə hansı addımları atmalıdır?

– Erkən nikaha məcbur edilən yeniyetmənin və ya onun yaxın qohumlarının, istərsə də bundan xəbərdar olan istənilən şəxsin atacağı ilk addımlar müvafiq dövlət qurumlarının qaynar xətlərinə müraciət olmalıdır. Məsələn, Daxili İşlər Nazirliyinin 102 xidmətinə və ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 860 Qaynar Xəttinə zəng etmək olar. Bundan əlavə, yerli icra hakimiyyəti orqanında fəaliyyət göstərən qəyyumluq və himayə orqanına müraciət etmək olar. Daha sonra, təhsil aldıqları müəssisənin rəhbərliyini və ya psixoloqu (əgər varsa) məlumatlandırmaq olar. Eləcə də, erkən nikaha girməyə məcbur edilmə növündə məişət zorakılığına məruz qalmış şəxs yerli icra hakimiyyəti orqanlarına qısamüddətli mühafizə orderi almaq üçün müraciət edə bilər. Bunu da nəzərə almaq lazımdır ki, mülki qanunvericilik məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa və qısamüddətli mühafizə orderinin tələblərinə əməl etmədikdə, zərər çəkmiş şəxsin uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququnu tanıyır.

– Valideynlər və ya digər şəxslər azyaşlını erkən nikaha məcbur etdikdə qanunvericilik hansı məsuliyyəti nəzərdə tutur?

– Belə hallar üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsində 176-1-ci maddə (Nikaha və ya erkən evliliyə daxil olmağa məcbur etmə), eləcə də 176-2-ci maddə (On altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkili) cərimə ilə yanaşı, azadlıqdan məhrum etmə növündə də cinayət cəzası nəzərdə tutur. Bu zaman cinayət qanunvericiliyi “erkən evliliyi” yetkinlik, yəni 18 yaşına çatmayan şəxslə nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaqı nəzərdə tutur. Bundan əlavə, rəsmi nikah haqqında sənəd olmadan dini nikah (kəbin) kəsən din xadimləri, yuxarıda qeyd etdiyimiz kimi, İnzibati Xətalar Məcəlləsinin 189-3-cü maddəsinə əsasən inzibati məsuliyyət (cərimə) daşıyırlar.

– Bəzən ailələr hesab edir ki, “bu bizim ailə məsələmizdir”. Hüquqi baxımdan erkən nikah hansı məqamdan etibarən dövlətin müdaxilə etməli olduğu hüquq pozuntusuna çevrilir?

– Çox təəssüf ki, ictimaiyyətin çox az hissəsi belə düşünür ki, erkən nikah ailənin daxili işi deyil, insan hüquqlarının və uşaq hüquqlarının pozulmasıdır. Əksəriyyət bunu sırf öz daxili ailə məsələsi olduğunu fikirləşdiyindən, nə belə ailələrə təsir etməyə çalışır, nə də belə təsiri kənardan qəbul etmirlər. Buna baxmayaraq, hər bir halda azyaşlının nişanlanması və ya nikaha məcbur edilməsi barədə siqnal (məlumat) daxil olduqda və ya şəxsin icbari təhsildən (11 illik) yayındırılması halı aşkar edildikdə, azyaşlının cinsi toxunulmazlığına və ya fiziki, psixoloji sağlamlığına təhlükə yarandığı andan etibarən dövlət müdaxiləsi məcburi xarakter alır və almalıdır da.

– Erkən nikahların qurbanı olmuş şəxslər sonradan hüquqlarını bərpa etmək istəyərkən ən çox hansı çətinliklərlə üzləşirlər?

– Hesab edirik ki, erkən nikahların qurbanı olmuş şəxslər sonradan ən müxtəlif çətinliklərlə, mənəvi problemlərlə, maddi sıxıntılarla, ictimai qınaqla üzləşirlər. Belə ənənəvi çətinliklərə həmin şəxslərin təhsildən yarımçıq qaldığı üçün iqtisadi asılılığını, ailə və cəmiyyət tərəfindən təzyiqə məruz qalma qorxusu, hüquqlarını necə bərpa edəcəyini, atalığı necə müəyyən edəcəyini və ya əmlak tələb edəcəyini bilməməyi, illərlə davam edən məişət zorakılığının gətirdiyi özünə inamın əskikliyini aid etmək olar.

 Məktəblər, sosial xidmətlər və hüquq-mühafizə orqanları arasında məlumat mübadiləsi erkən nikahların qarşısını almaqda kifayət qədər effektivdirmi?

– Hesab edirik ki, məktəb, sosial xidmət və polis arasında monitorinq mexanizmləri var və bu da texnoloji tərəqqi hesabına daha da genişlənir və inkişaf edir. Lakin hər yerdə olduğu kimi, bu sahədə də effektivlik insan faktorundan və koordinasiyadan asılıdır. Məsələn, məktəblərdə uzun müddət dərsə gəlməyən şagirdlər barədə polisə və icra hakimiyyətinə məlumat verilməsi mexanizmi mövcuddur. Lakin, düşünürəm ki, bu sahədə əsas çatışmazlıq yerlərdə, xüsusən regional səviyyədə sosial işçilərin sayının yetərsizliyi və əhali arasında məsələnin “qeyri-rəsmi barışıqla” həllinə cəhd edilməsidir.

– Qanunların sərtləşdirilməsi problemi həll edərmi, yoxsa əsas məsələ onların icrası və hüquqi maarifləndirmənin gücləndirilməsidir?

– Əminəm ki, digər münasibətlərdə də olduğu kimi, erkən nikahlarla bağlı məsələlərdə də qanunların sərtləşdirilməsi problemi tam həll etmir. Çünki, istənilən cəzanın sərtliyi həmin problemin mövcudluğunu aradan qaldıra bilmir. Problemin aradan qaldırılması üçün başlıca faktor onun yaranmaması üçün ictimaiyyətin istəyi və könüllü olaraq göstərdiyi dəstək və həmrəylik olmalıdır, düşüncəsindəyəm. Bununla yanaşı, erkən nikahların minimuma endirilməsi və belə halların baş verməsinin qarşısının alınmasl üçün profilaktik tədbirlər kimi bunları təklif edə bilərəm:

– Qaçılmazlıq prinsipi, yəni mövcud qanunvericilik normalarının, xüsusilə də Cinayət Məcəlləsinin müvafiq maddələrinin istisnasız icra olunması və bu icranın ictimailəşdirilməsi.

– Maarifləndirmə və iqtisadi dəstək: Regionlarda qızların təhsilə cəlb olunması, peşə təlimləri və valideynlərlə hüquqi-maarifləndirici işlərin aparılması.

– Cəza Qorxusu və ictimai qınaq: Dini nikah kəsən şəxslərə və prosesdə iştirak edən valideynlərə qarşı hüquqi tədbirlərin şəffaf şəkildə ictimaiyyətə çatdırılması.

Müsahibə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi tərəfindən həyata keçirilən “Əvvəl bilik, sonra birlik” layihəsi çərçivəsində hazırlanıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Sentyabr 2026 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see279

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see274

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see271

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see254

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see253

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see250

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see247

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see243

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see239

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see233

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see225

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see220

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see207

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see206

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see202

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see199

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

09 Sentyabr 2026 20:28see197

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see183

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see171

Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb

09 Sentyabr 2026 21:40see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri