Icma.az
close
up
RU
Erkən oyanmaq hər kəs üçün uyğun deyil Ekspertlər xəbərdarlıq edir

Erkən oyanmaq hər kəs üçün uyğun deyil Ekspertlər xəbərdarlıq edir

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Sosial şəbəkələrdə getdikcə daha tez-tez “uğur resepti”nə rast gəlmək olur: səhər saat 5-də oyanmaq, soyuq duş qəbul etmək, gün doğarkən qaçışa çıxmaq və günü planlaşdırmaq. Hesab olunur ki, yüksək effektiv insanlar məhz belə yaşayır. Lakin araşdırmalar göstərir ki, erkən oyanmağın universal faydası yoxdur çox şey insanın bioloji ritmlərindən asılıdır.

Redaktor.az xəbər verir ki, bu barədə "The Conversation"  portalı məlumat yayıb.

Burada əsas anlayış xronotipdir. Xronotip insanın günün hansı vaxtında özünü daha gümrah və ya yuxulu hiss etdiyini əks etdirir. Genetika bu məsələdə mühüm rol oynayır: tədqiqatlar göstərir ki, “səhər insanı” və ya “gecə insanı” olmaq meyli qismən irsi xarakter daşıyır. Bundan əlavə, xronotip yaşla dəyişir: yeniyetmələr daha gec yatmağa meyilli olur, yaşlı insanlar isə adətən daha tez oyanırlar.

“Səhər insanı” asanlıqla erkən qalxır və səhər saatlarında özlərini enerjili hiss edir. “Gecə insanı” isə axşam və gecə saatlarında daha aktiv olur. İnsanların əksəriyyəti isə bu iki qrupun arasında yerləşir.

Araşdırmalar göstərir ki, səhər tipli insanlar daha yaxşı akademik nəticələr nümayiş etdirir, alkoqol və nikotindən daha az istifadə edir və idmanla daha çox məşğul olurlar. Eyni zamanda, “gecəçilər” daha tez-tez tükənmişlik və səhhətin pisləşməsi barədə məlumat verirlər.

Lakin alimlər bunu “səhərçilərin” fitri üstünlüyü ilə deyil, sosial mühitin xüsusiyyətləri ilə izah edirlər. Müasir iş və təhsil sistemi əsasən erkən başlanğıca uyğun qurulub. Bioloji ritmlər sosial qrafiklə üst-üstə düşəndə məhsuldarlığı qorumaq daha asan olur. Əks halda xroniki uyğunsuzluq yaranır ki, buna “sosial jetlag” deyilir.

“Sosial jetlag” yuxu çatışmazlığı, yorğunluq və artmış stresslə əlaqələndirilir. O, həmçinin diabet, hipertoniyanın və piylənmənin daha yüksək riski ilə assosiasiya olunur. “Gecəçilər” üçün məcburi erkən oyanma bu uyğunsuzluğu daha da gücləndirə, diqqətin azalmasına və əhvalın pisləşməsinə səbəb ola bilər. Kəskin şəkildə erkən oyanma rejiminə keçmək bəzən motivasiya və yenilik hesabına qısamüddətli effekt verir. Lakin xronotipi dəyişmək çətindir: o, sirkadiyal ritmlər və genetika ilə müəyyən olunur. Zaman keçdikcə bioloji uyğunsuzluq daha aydın hiss edilir.

Mütəxəssislər əvvəlcə öz xronotipinizi müəyyənləşdirməyi tövsiyə edirlər. Bunun üçün iş və istirahət günlərində yuxu gündəliyi aparmaq, enerji səviyyəsini və təbii oyanma vaxtını izləmək faydalıdır. Əgər yuxuya getmək 30 dəqiqədən az vaxt aparırsa, seçilmiş rejim, böyük ehtimalla, uyğundur. Bir saatdan çox çəkirsə, deməli, rejim daxili bioloji saatla uyğun gəlmir.

Kiçik dəyişikliklər mümkündür: səhər işığı və axşam saatlarında ekran istifadəsinin məhdudlaşdırılması kömək edə bilər. Lakin alimlərin əsas nəticəsi belədir: məhsuldarlıq oyanma saatından deyil, gündəlik rejimin orqanizmin bioloji xüsusiyyətləri ilə uyğunluğundan asılıdır. Davamlı nəticə verən məhz daxili ritmlərlə uyğunlaşmadır, səhər saat 5-də oyanmaq deyil.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Mart 2026 22:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see369

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see285

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see274

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see261

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see259

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see245

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see241

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see236

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see236

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see232

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see232

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see224

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see224

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see223

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see212

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see211

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see209

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see202

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see200

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri