Icma.az
close
up
RU
Kefir hər kəs üçün uyğun deyil Həkimdən vacib xəbərdarlıq

Kefir hər kəs üçün uyğun deyil Həkimdən vacib xəbərdarlıq

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Kefirin bir sıra faydalı xüsusiyyətləri var, lakin bəzi hallarda onun qəbulu əks göstərişli ola bilər".

Ölkə.az xəbər verir ki, bu sözləri rusiyalı həkim Yevgeni Belousov deyib.

Mütəxəssisin sözlərinə görə, kefirin əsas dəyəri onun tərkibindəki probiotiklərdə – bağırsaq mikroflorasını dəstəkləyən faydalı bakteriyalardadır:

"Bu, həzm prosesinin yaxşılaşmasına, qida maddələrinin daha yaxşı mənimsənilməsinə və immun sisteminin güclənməsinə kömək edir. Kefir xüsusilə qıcıqlanmış bağırsaq sindromu, qəbizlik və ishal zamanı faydalıdır, həmçinin laktoza dözümsüzlüyü olan insanlara da kömək edə bilər. Kefirin tərkibində kalsium, B qrupu vitaminləri, xüsusilə B12 və riboflavin, həmçinin maqnezium, fosfor və K2 vitamini daxil olmaqla, çoxlu vitamin və minerallar var".

Həkim qeyd edib ki, kefirin antioksidant xüsusiyyətləri hüceyrələri oksidləşdirici stressdən qorumağa kömək edir, onu müntəzəm və orta miqdarda qəbul etmək isə toxluq hissinin yaxşılaşdırılması sayəsində çəkiyə nəzarətə kömək edir.  Bundan əlavə, yüksək kalsium və K2 vitamini tərkibi kefiri sümük sağlamlığının qorunması və osteoporozun qarşısının alınması üçün faydalı edir.

Lakin həkim xəbərdarlıq edib ki, kefir hər kəs üçün uyğun deyil: "Laktoza dözümsüzlüyünün ağır forması və ya süd məhsullarına qarşı allergiyası olan insanlar onu qəbul etməkdən çəkinməlidirlər. Həzm problemləri olanlar, yaşlı insanlar və zəif immun sisteminə malik şəxslər isə kefiri qəbul etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidirlər. Bəzi hallarda kefir rasiona ilk dəfə daxil edilərkən və ya çox miqdarda qəbul edildikdə, xüsusən də bağırsaq pozuntuları olan insanlarda köp və ya digər problemlərə səbəb ola bilər".

O, gündə 1–2 stəkan kefir içməyi tövsiyə edib. Bu miqdar kifayət qədər probiotik və qida maddələri təmin edir, eyni zamanda həddindən artıq istehlak riski yaratmır.

Bununla yanaşı, kefirdən maksimum fayda əldə etmək və bağırsaq sağlamlığını dəstəkləmək üçün onu rasiona müntəzəm şəkildə, məsələn, həftədə bir neçə dəfə daxil etmək tövsiyə olunur.

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://olke.az
archiveBu xəbər 21 Aprel 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri