Icma.az
close
up
RU
Erkən qocalma: Progeriya kimlərdə rastlanır?

Erkən qocalma: Progeriya kimlərdə rastlanır?

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Progeriya nadir rastlanan xəstəlikdir. Biz bu xəstəliyi “uşaq yaşda qocalmaq” kimi tanıyırıq. Tibbi adı “Hutchinson–Gilford Progeriya Sindromu” (HGPS) olan bu nadir genetik xəstəlik zamanı uşaqlar çox sürətlə qocalırlar.

Xəstəliyin yaranma səbəbi LMNA genində mutasiya olması ilə bağlıdır. LMNA geni insan orqanizmində çox vacib olan Lamin A və Lamin C adlı zülalları kodlayan gendir. LMNA 1-ci xromosomda yerləşir, o hüceyrə nüvəsinin membranına dayaq verir və nüvənin formasını saxlayır. LMNA geni DNT-nin quruluşunu və genlərin aktivliyini tənzimləməyə kömək edir, habelə hüceyrənin bölünməsi və böyüməsində iştirak edir. Əgər bu gendə mutasiya baş verərsə uşaqlarda sürətli qocalmaya səbəb olur, bundan əlavə, əzələ distrofiyası, ürəyin böyüməsi və zəif işləməsi, bədəndə piy paylanmasının pozulması kimi problemlər də bu genin mutasiyasından qaynaqlanır.

LMNA mutasiyası nəticəsində progerin adlı zülal əmələ gəlir və hüceyrələrin normal fəaliyyətini pozur. Xəstəliyin əlamətləri adətən 1–2 yaşdan başlayır. Onlar normal doğulurlar, amma böyüdükcə inkişaf geriliyi olur. Tezliklə saç tökülməsi, dərinin incəlməsi və qırışması, sümüklərin zəifləməsi, oynaqlarda sərtlik müşahidə edilir. Xəstələrin üzü xarakterik şəkildə dəyişir, baş böyüyür, gözlər, nazik burun, kiçik çənə, ürək-damar xəstəlikləri yaranır.

8 milyon insandan 1-də görülən bu nadir xəstəlik inkişaf qüsurlarına səbəb olur. Bir müddət sonra xəstələrin saçları tökülür, başındakı damarlar görünür, burnu kiçilir və fərqli olur. Erkən qocalma xəstəliyindən əziyyət çəkənlərin üz tipi ümumiyyətlə eynidir və dərhal tanınır. Təəssüf ki, xəstəliyin müalicəsi üçün tətbiq edilən böyümə hormonu faydasızdır.

Progeriyanın yayılması çox aşağıdır, 4-8 milyon insandan birində rast gəlinir. Hazırda dünyada təxminən 400 uşaq progeriya ilə yaşayır. “Progeriya Research Foundation”un məlumatına görə, onlardan 152 klassik HGPS, qalanları progeroid laminopatiyalardır. Klassik HGPS – yəni klassik “Hutchinson–Gilford Progeriya Sindromu” progeriyanın ən çox tanınan və tipik formasına deyilir. Progeroid laminopatiyalar klassik HGPS-dən fərqli olaraq müxtəlif yaşlarda başlayır və klinik görünüş bir qədər fərqli ola bilər. Yəni klassik HGPS – progeriyanın ən tanınmış formasıdır, amma progeroid laminopatiyalar bu xəstəlik qrupunun daha geniş və müxtəlif formalarını əhatə edir.

Xəstəlik adi müayinədən sonra asanlıqla müəyyən edilə bilər. Ömür uzunluğu az olan belə xəstələr adətən 13–15 yaşa qədər yaşayırlar, bəzən 20 yaşa qədər ömrü uzana bilir. Əsas ölüm səbəbi ürək-damar xəstəlikləridir, ürək tutması, insult da çox müşahidə edilir. Xəstəliyin tam müalicəsi yoxdur, simptomların yüngülləşdirilməsi üçün dərmanlar istifadə olunur. Son illərdə “lonafarnib” adlı dərman bu xəstəliklə mübarizədə effektiv olub, müəyyən qədər ömrü uzadır və ürək problemlərini azaldır. Bununla belə, dərman xəstəliyi yavaşlatsa da erkən qocalma xəstəliyi olan insanlar 30 yaş ətrafında vəfat edirlər. Progeriya irsən keçmir, yəni nəsildə belə bir xəstəlik olubsa növbəti nəsillərdə də olacağı demək deyil, mutasiya təsadüfən yaranır.

Hal-hazırda “lonafarnib” dərmanı yalnız klassik HGPS üçün təsdiqlənib. Progeroid laminopatiyalar üçün rəsmi təsdiqlənmiş müalicə yoxdur, amma eyni dərman bəzi hallarda sınaqdan keçirilir. Dünyada bu xəstəliklə mübarizə üçün gen terapiyası, fərqli müalicə texnologiyası üzərində eksperimental tədqiqatlar aparılır.

Progeriya təsadüfi mutasiya nəticəsində yarandığı, irsən ötürülmədiyi üçün hamiləlikdən əvvəl və ya həyat tərzi ilə bu mutasiyanın qarşısını almaq praktiki olaraq mümkün deyil. Tam qarşısını almaq mümkün olmasa da risklərin nəzərə alınması və erkən diaqnoz xəstəliyə qəfil yaxalanmamaq üçün vacibdir. Əgər ailədə nadir genetik xəstəliklər olubsa, əvvəllər rastlanmayan bir əlamət baş veribsə, genetika ilə bağlı nataraz nəsə varsa, anomaliyalı uşaqlar doğulubsa o bəzi testlər, genetik araşdırmalar testlər hamiləlikdən əvvəl faydalı ola bilər. Klassik HGPS-də isə bu çox nadirdir, çünki mutasiya təsadüfi baş verir.

Hamiləlik zamanı amniozentez və ya döl biopsiyası ilə LMNA genində mutasiya olub-olmadığını yoxlamaq da mümkündür. Amma bu testlər yalnız risk ehtimalı yüksək ailələrdə aparılır. Tam qarşısını almaq olmasa da, xəstəlik erkən aşkarlandıqda uşağın həyat keyfiyyətini artırmaq mümkündür. Ürək-damar sisteminin mütəmadi nəzarəti, fizioterapiya, xüsusi qidalanma proqramları xəstəliyi yavaşlatmaqda və ömür uzunluğunu artırmaqda faydalı ola bilər.

Alimlər hazırda LMNA mutasiyasını düzəltmək üçün CRISPR və ya antisense texnologiyaları ilə gen terapiyası üzərində, habelə Progerin zülalının yaranmasını bloklayan dərmanlar və hüceyrə qocalmasını ləngidən molekullar üzərində işləyirlər.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması ” istiqaməti çərçivəsində hazırlanıb

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Sentyabr 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see499

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see429

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see268

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see268

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see252

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see234

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see226

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see224

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see224

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see217

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see204

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see188

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see187

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see184

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see183

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see183

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see182

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see178

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see178

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri