Icma.az
close
up
RU
“Erkən qol vurmaq istədik ki, oyun daha rahat keçsin”

“Erkən qol vurmaq istədik ki, oyun daha rahat keçsin”

Idmanxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Çox stressli, emosional oyun alındı. Cavid Hüseynovu təbrik edirəm, çox yaxşı işlər görür, yaxşı komanda formalaşdırır. Rəqibi analiz edəndə müəyyən çətinliklər çəkirdik. Qış fasiləsindən sonra iddialı klublara uduzmamışdılar. “Səbail” əzmkar komandadır. Çətin olacağını bilirdik. Erkən qol vurmaq istədik ki, oyun daha rahat keçsin. Ancaq cəhdlərimiz uğursuz alınırdı. İkinci hissədə də qol epizodlarımız oldu. Şükürlər olsun ki, qol vurub, qalib gəldik. Futbolçular ruhdan düşmürdü. Onları təbrik edirəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Səbail” oyunu sonrası deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

– Çox qol epizodu yaratdınız. Sizcə, niyə yalnız biri qol oldu?

– Bu tip oyunarda nadir hallarda qalib gəlirsən. Qol vurmasaydıq da, oyunçularıma oyuna görə minnətdarlıq bildirəcəkdim. Üç dirəkdən dönən topumuz oldu. Son hücumda qol vurmaq dramatik alındı. Bu da futbolçularımızı bir az da böyütməlidir. Özümüz üçün nəticə çıxarmalıyıq ki, sona qədər oynamaq lazımdır. Əvvəlki matçlarda da son dəqiqədə qol vurmuşuq. Amma bu başqa şey idi. Əslində, komandamızı böyütməlidir.

– Yeni transfer barədə nə deyə bilərsiniz?

– Qimanı 4-5 ildir tanıyıram. “Zirə”yə yeni gələndə də danışıqlar aparırdıq, daim əlaqədəydik. Ondan sonra Portuqaliyaya getdi, Polşada oynadı. Uğurlu karyerası olub. Yayda da danışırdıq. Fürsət yarandı, onu gətirdik. Hələ hazır deyil. 2 aydır klubsuzdur. Özünə gəlməsi ay yarım vaxt çəkəcək.

– Son saniyədə Məqsəd İsayevə cərimə meydançasına daxil olmaq göstərişi verdiniz. Qolun gələcəyini hiss etdiniz?

– Məqsəd dönən toplara cavabdeh idi. Hakim də futbolçulara göstərdi ki, son hücumdur, kornerdən sonra matç bitəcək. Ona görə Məqsədə bildirdim ki, hakim işarə verib, oyun bitir, cərimə meydançasına daxil ol. Uğurlu alındı. Qolu da futbolçularım vurub, pay sahibi onlardı.

– Son saniyədə gələn qol futbol tanrısının sizə hədiyyəsi idi?

– Allah birdir, təkdir. Futbol tanrısı, basketbol tanrısı deyə, bir şey yoxdur. Allah sonda bizə kömək oldu. Onun köməyi olmadan uğur əldə edə bilmərik.

– Adətən qələbəni futbolçular qazanır, məğlubiyyət isə baş məşqçinin olur. Niyə?

– Vəziyyətə, duruma görə ola bilər ki, fikirlərimiz dəyişsin. Bir yerdə uduzub, bir yerdə qazanmışıq. 4,5 ildir buradayam, həmişə belə olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:273
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 09 Mart 2025 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see481

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see432

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see336

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see283

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see274

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see270

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see266

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see258

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see258

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see238

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see223

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see220

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see215

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see214

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see213

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see207

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see205

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see204

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see190

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri