Icma.az
close
up
RU
Erkən yaşda Həri mərasimi keçirənlər cərimələnə bilər?

Erkən yaşda Həri mərasimi keçirənlər cərimələnə bilər?

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Erkən evlilik və onun hüquqi nəticələri son dövrlərdə daha çox müzakirə olunan məsələlərdən biridir. Qanunvericilik bu sahədə həm nikah yaşına çatmayan şəxslərin müdafiəsini, həm də müxtəlif mərasimlərin hüquqi məsuliyyətini aydın şəkildə müəyyən edir. Bu mövzuda tez-tez “nişan” və “həri” kimi anlayışların hüquqi statusu ilə bağlı suallar yaranır.
Mövzu ilə bağlı vəkil Turan Abdullazadə Demokrat.az-a bildirib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 176-1.2-ci maddəsinə əsasən nikah yaşına çatmayan şəxsi erkən evliliyə daxil olmağa məcbur etmə 3 min manatdan 4 min manatadək cərimə və ya 4 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır:
"Erkən evlilik dedikdə nikah bağlanmadan ailə qurmaq məqsədilə yaradılan ittifaq başa düşülür. Yəni nişan mərasimi də erkən evlilik anlayışına daxildir, lakin hərilənmək bu anlayışa daxil edilmir.
Qanunvericilikdə evlilik və erkən evlilik anlayışları bir-birindən fərqləndirilir. Nişan olsa belə, qanunvericiliyin tələbinə görə məcbur etmə yoxdursa, nikah yaşına çatmayan şəxslə nişanlanmaya görə hər hansı məsuliyyət yaranmır".
Vəkil deyib ki, restoran sahibləri diqqətli olmalıdır, çünki erkən evliliklə bağlı hər hansı mərasimin təşkilinə görə restoranlar 9 min manatadək cərimə oluna bilərlər:
"Fiziki şəxslər 500 manatadək, vəzifəli şəxslər isə 4 min manatadək cərimə edilə bilər. Qısacası, məcbur etmə olub-olmamasından asılı olmayaraq nikah yaşına çatmayan şəxslə bağlı mərasimin təşkilinə görə restoran sahibləri məsuliyyət daşıyır.
Hərilənməyə gəldikdə isə ümumiyyətlə məsuliyyət nəzərdə tutulmur. Çünki xalq arasında “həri” kimi tanınan bu mərasim adətən könüllü razılıq xarakteri daşıyır, rəsmi tədbir sayılmır və ictimai obyektlərdə keçirilmir. “Həri” yalnız iki ailə arasında qeyri-rəsmi razılaşmadır və nə Cinayət Məcəlləsinin, nə də İnzibati Xətalar Məcəlləsinin təsir dairəsinə düşür",- deyə o qeyd edib. 
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 İyun 2026 20:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see306

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see285

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see262

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see257

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see251

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see232

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see216

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see212

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see211

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see208

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see206

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see200

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see193

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see192

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see189

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see187

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see177

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see175

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri