Icma.az
close
up
RU
Erkin İbrahimov: Qələbədən başqa nəticə fiaskodur

Erkin İbrahimov: Qələbədən başqa nəticə fiaskodur

"Estoniya ilə oyunda şans anlayışı olmamalıdır. Rəqib zəif komandadır. Onları səfərdə və doğma meydanda məğlub etməliyik. Təəssüflər olsun ki, De Byazinin vaxtında da onlarla qarşılaşmada xal itirmişik. Son oyunda da məğlub olduq". Bu sözləri Sport24.az-a açıqlamasında tanınmış agent Erkin İbrahimov deyib.

İbrahimov sabahkı matçdan gözləntilərini də bölüşüb: "Estoniya elə rəqib deyil ki, bir xala görə sevinəsən. Qalib gəlməliyik, başqa yol yoxdur. Fernando Santuşun komandası real olan xalları qazansın ki, onlara inanaq. Estoniya yığması ilə matçda qələbədən başqa istənilən nəticə fiaskodur".

Qeyd edək ki, UEFA Millətlər Liqasının V turu çərçivəsində keçiriləcək Azərbaycan - Estoniya qarşılaşması sabah saat 18:00-da Qəbələdə baş tutacaq. 

seeBaxış sayı:96
embedMənbə:https://sport24.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri