Icma.az
close
up
RU
Ərkivanda “Ailə, Qadın və Uşaq Problemləri Komissiyası” yaradıldı VİDEO

Ərkivanda “Ailə, Qadın və Uşaq Problemləri Komissiyası” yaradıldı VİDEO

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Ərkivan Xeyriyyə Cəmiyyəti Masallı rayonunun Ərkivan qəsəbəsində yaşayan fəal qadınlarla görüş keçirib.
Tədbir başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açıq elan edən Ərkivan Xeyriyyə Cəmiyyətinin sədri Cəfər Cəfərov ölkə tarixində hər zaman xeyriyyəçilik fəaliyyəti ilə seçilən ziyalı qadınların rolundan danışıb. O, Qarabağda Xurşidbanu Natəvanın, cənub bölgəsində isə pedaqoq və xeyriyyəçi Məryəm Bayraməlibəyovanın fəaliyyətini nümunə göstərərək bu ənənənin bu gün də uğurla davam etdirildiyini qeyd edib.
Cəfər Cəfərov vurğulayıb ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva tərəfindən icra edilən irimiqyaslı humanitar layihələr qadınların nüfuzunu daha da yüksəldir.
Ərkivan Xeyriyyə Cəmiyyətinin fəxri prezidenti, iş adamı Məşkur Qasımov çıxışında qadınların sosial-iqtisadi həyata fəal qoşulmasının cəmiyyətin inkişafında mühüm rol oynadığını bildirib.
Din xadimi Mirtaha Həşimov isə ailə dəyərlərinin möhkəmlənməsində anaların əvəzolunmaz rolundan danışaraq İslamın qadına verdiyi yüksək dəyəri vurğulayıb.
Cəmiyyətin “İdman və Gənclər Komissiyası”nın sədri Sabiq Cahangirov qızların idman uğurlarından bəhs edərək, onların potensialının daha səmərəli inkişafı üçün yeni layihələrin həyata keçiriləcəyini bildirib.
Tədbirdə çıxış edən xanımlar — Mənijə Yəhyayeva, Alagöz Gülverdiyeva, Vəsilə Cəlilova və başqaları qəsəbə qadınlarının sosial və məişət yönümlü problemlərini səsləndiriblər. Görüş diskussiya formatında davam edib, səslənən təkliflərin həlli yolları müzakirə olunub.
Gender bərabərliyinin təşviqi, ailə dəyərlərinin qorunması, qadın və uşaq problemlərinin həlli istiqamətində fəaliyyəti gücləndirmək məqsədilə Ərkivan Xeyriyyə Cəmiyyətinin nəzdində “Ailə, Qadın və Uşaq Problemləri Komissiyası” təsis edilib.
Yeni yaradılan komissiyaya könüllü olaraq qoşulan xanımlar qadınların cəmiyyətdə rolunun artırılması, uşaqların hüquqlarının müdafiəsi və sosial rifahın yaxşılaşdırılması yönündə fəal fəaliyyət göstərəcəklərini bildiriblər.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Oktyabr 2025 23:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri