Icma.az
close
up
RU
Erməni cəmiyyəti aşınıb: Qərib Babayanın həbsi bunun ən bariz nümunəsidir

Erməni cəmiyyəti aşınıb: Qərib Babayanın həbsi bunun ən bariz nümunəsidir

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Qərib Babayanın “Qarabağ” mahnısını oxuyanların görüntülərini paylaşdığı üçün saxlanılması ciddi siqnaldır.

Bunu erməni türkoloq Varujan Geqamyan deyib.

Onun sözlərinə görə, həbs hadisəsi bir neçə səbəbə görə təhlükəlidir:

“Birincisi, bu, ilk növbədə, söz azadlığının məhdudlaşdırılmasıdır. İkincisi, Ermənistanda Türkiyə əleyhinə gündəmin məhdudlaşdırılmasıdır. Üçüncüsü, Ermənistanda Türkiyə və Azərbaycana zidd hərəkətləri, proqramları, addımları, təşəbbüsləri qadağan etməyə çalışırlar. Bu, ilk belə hadisə deyil, məsələn, “artsax”ın (məhv olmuş terrorçu rejim – red.) xəritəsinin Milli Assambleyanın zalından çıxarılması buna nümunədir.

Sonuncusu, bu tendensiya Türkiyə-Azərbaycan müşahidə qüvvələrinin Ermənistanda yerləşdirilməsinə qədər çatacaq. Mən şişirtmirəm. Məsələn, 1918-ci il Batum müqaviləsinə əsasən türk zabitləri ermənilərin türk qoşunlarının Ermənistanda hərəkətinə mane olmamaları üçün bütün erməni stansiyalarında və yollarında yerləşdirilməli idi. Proses ona doğru gedir”.


Politoloq Elşad Mirbəşiroğlu "Sherg.az"a bildirib ki, Ermənistan Təhlükəsizlik Xidməti həbsin səbəbini belə açıqlayır ki, Azərbaycan dilinin burada istifadə olunması qadağan deyil, amma burada hər hansı düşmənçilik hisslərini formalaşdıran notlar mövcuddur. Bu, tam əsassızdır:


"Qərib Babayan "Qarabağ" mahnısının oxunduğu görüntüləri ilk yaymasına görə İrəvan məhkəməsi  onun haqqında həbs-qətimkan tədbirinin seçilməsi haqqında qərar verməkdən imtina edib. Sadəcə ona münasibətdə kütləvi çıxışların edilməsi kimi bəzi məhdudiyyətlər tətbiq olunub. Bu, onu göstərir ki, özünü demokratiya adlandıran Ermənistanda ümumiyyətlə söz azadlığından heç bir əsər-əlamət yoxdur. Xüsusilə də Azərbaycan dilində Qarabağ haqqında mahnının oxunduğu görüntülərin yayılmasına görə şəxs təqiblərə məruz qalırsa, bu, Ermənistan cəmiyyətinin nə dərəcədə aşındığını və hakimiyyətin isə "cılız xarakterli" olduğunu göstərir. Ümumiyyətlə rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını səmimiyyətdən çox uzaq olaraq bildirir. Çünki Paşinyan dəfələrlə qeyd edib ki, Azərbaycanın sərhədləri 86.6 min kvadratkilometr çərçivəsindədir".


Politoloq əlavə edib ki, bununla Ermənistan sülh prosesində də saxtakar olduğunu bəyan edir:

"Ən azından bu istiqamətdə istənilən cəhdin qarşısı alına bilərdi. İrəvan nümayiş etdirə bilərdi ki, həqiqətən də, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Biz görürük ki, bu, heç də belə deyil. Ümumiyyətlə bütün bunlar Ermənistanla gələcək təmaslarda çox ehtiyatlı olmağın vacibliyini göstərir. Üstəlik, gələcəkdə Azərbaycana qarşı təxribatlar törədəcəklərinə işarə edir. Bu mənada diqqətli olub qabaqlayıcı addımlar atmaq çox vacibdir. Azərbaycan mediası bu məsələ ilə bağlı geniş təhlillər apararsa və ictimai münasibət sərgilənərsə, Ermənistana təsirli cavab olar".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Fevral 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri