Icma.az
close
up
RU
Uşaqlara, dinc sakinlərə qarşı edilənlər barbarlıqdır Babayanın özünümüdafiəsi

Uşaqlara, dinc sakinlərə qarşı edilənlər barbarlıqdır Babayanın özünümüdafiəsi

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 21-də davam etdirilib.

"Unikal" xəbər verir ki, təqsirləndirilən şəxs David İşxaynan dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında Xocalı soyqırımı ilə bağlı görüntülərdə yer alanların vəhşilik olduğunu deyib. O, hadisələr zamanı qondarma rejimdə “deputat” olduğunu söyləyib.

Təqsirləndirilən şəxs David Babayan isə dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandırarkən Xocalı soyqırımı və Xocalının işğalı hadisələrinin iştirakçısı olmadığını bildirib. O deyib ki, Xocalı hadisələri zamanı məsələni güc yolu ilə həll etmək istəyənlər məqsədlərinə çatıblar. “Bu əməliyyatda müxtəlif qruplar iştirak edib”, - deyə o vurğulayıb.

D.Babayan onu da deyib ki, hətta qondarma rejimdə "Xocalının azad edilməsi uğrunda" medalı “təsis” olunub.

Zərərçəkmiş şəxslərin nümayəndəsinin “Əgər Ermənistanın iddia etdiyi kimi, Xocalı soyqırımı zamanı dinc sakinlərin çıxmaları üçün dəhliz var idisə, niyə onların getməsinə imkan verilməyib, Arkadi Quksayanın da məhkəmədə dediyi kimi, yüzlərlə azərbaycanlı Xankəndiyə aparılıb” sualına isə D.Babayan cavab verə bilməyib. Əvəzində, o, “Uşaqlara, dinc sakinlərə qarşı edilənlərə necə bəraət vermək olar?! Bu barbarlıqdır” deyib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://unikal.az
archiveBu xəbər 21 Aprel 2025 21:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see223

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see161

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see156

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see153

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see142

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see138

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see134

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see133

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see129

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri