Icma.az
close
up
RU
Babayanın gecikmiş etirafları

Babayanın gecikmiş etirafları

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın işğal edilmiş ərazilərində 32 il (1991-ci il sentyabrın 2-dən 2023-cü ilin sentyabrın 28-dək) mövcud olmuş qondarma rejimin başçılarının Bakıda keçirilən məhkəməsində hamıya məlum olan bir çox faktlar öz təsdiqini tapır. Keçmiş xunta rejiminin başçılarının ifadələri Azərbaycan dövlətinin həmin şəxslərlə bağlı əvvəldən bəyan etdiyi mövqeyinin nə dərəcədə doğru olduğunu göstərir. Bu ifadələr ədalət mühakiməsi ilə bağlı xaricdəki erməni lobbisinin və onların maddi nemətlərlə ələ aldıqları şəxslərin ölkəmizin ünvanına səsləndirdikləri tənqidlərin nə dərəcədə əsassız və qərəzli olduğunu da bir daha ortaya qoyur.

Aprelin 7-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində 2021-2023-cü illərdə keçmiş qondarma rejimdə “xarici işlər naziri” olmuş David Babayan ifadə verib. Təqsirləndirilən şəxs dövlət ittihamçısının sualını cavablandırarkən etiraf edib ki, vaxtilə işğal altında olan ərazilərdə yaşayan erməni sakinlərinin Azərbaycana reinteqrasiyasına qarşı olub. O, “reinteqrasiya mümkünsüz idi” deyib. D.Babayan digər təqsirləndirilən şəxslər – Arayik Arutyunyanın, Ruben Vardanyanın, habelə qondarma rejimin başqa “vəzifəli” şəxslərinin də reinteqrasiya əleyhinə olduqlarını etiraf edib: “Heç bir “vəzifəli” şəxs belə bir inteqrasiyanın perspektivini görmürdü”.

D.Babayan bununla, əslində, ­2023-cü il sentyabrın 19-20-də keçirilmiş lokal xarakterli antiterror əməliyyatının keçmiş rejim “rəhbərliyi”nin təqsiri üzündən baş verdiyini etiraf etmiş olub. Hamının yaxşı yadındadır ki, 2020-ci il noyabrın əvvəlindən etibarən Azərbaycan Ordusunun müzəffər yürüşü daha intensiv xarakter almışdı. Əgər müharibənin ilk dövrlərində azad edilən yaşayış məntəqələrinin sayı gün ərzində 5-6 idisə, noyabrın əvvəllərindən bu rəqəm onlarca idi. Noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildikdən sonra təcavüzkar ordunun qoşunları pərən-pərən düşmüşdü. Şuşadan baxdıqda ovuc içi kimi görünən separatçıların özlərinə mərkəz seçdikləri Xankəndi şəhəri isə üzük qaşı kimi dövrəyə alınmışdı. Həmin vaxt Xankəndiyə çatmaq Azərbaycan Ordusu üçün çox asan idi. Ancaq Azərbaycan rəhbərliyi əlavə qan tökülməməsi, eləcə də Qarabağın həmin hissəsində yaşayan mülki əhali arasında itkilərin olmaması üçün hərbi əməliyyatları dayandırmaq qərarına gəldi. Bizim üçün məsələnin siyasi tənzimlənməsi mərhələsi başladı.

...Görək separatçılar nə sayırlar

Ancaq separatçılar hələ də Ermənistan dövlətinə, xaricdəki havadarlarına, Avropadakı, okeanın o tayındakı, eləcə də bölgəyə müvəqqəti yerləşdirilmiş rusiyalı sülhməramlılara güvənərək, Azərbaycandan gələn təşəbbüsləri, uzanan barışıq əlini, xeyirxah jestləri rədd etməyə başladılar. Onlar Azərbaycanın tərkibində, onun vətəndaşlığını qəbul edərək yaşamayacaqlarını birmənalı şəkildə bildirdilər. 2021 və 2022-ci illərdə keçirilən bir sıra əməliyyatlar da onlara dərs olmadı. Buna paralel olaraq, separatçılar silahlı qüvvələrini gücləndirməyə, ərazilərimizə minalar döşəməyə davam etdilər. Onlar bölgənin su ehtiyatlarının, o cümlədən Sərsəng su anbarının birgə işlənilməsinə dair təşəbbüsləri də qəbul etmədilər. Təbii sərvətlərimizi qanunsuz olaraq talamaqdan əl çəkmədilər. Nəticədə buna etiraz əlaməti olaraq 2022-ci il dekabrın 12-dən etibarən qeyri-hökumət təşkilatları nümayəndələrinin, ekofəalların Laçın–Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində dinc etiraz aksiyası başlanıldı. Etiraz aksiyası 138 gün davam etdi.

2023-cü il aprelin 23-də növbəti tarixi hadisə baş verdi. Laçın rayonunda, Azərbaycan–Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi quruldu. Bununla da ölkəmizin ərazi bütövlüyünün tam bərpası prosesi başa çatdı. Ermənistanın Laçın yolundan sui-istifadəsinə, silah və sursatların daşınmasına və digər qanunsuz əməllərinə son qoyuldu.

Sonuncu şans da əldən verildi

Bundan bir ay beş gün sonra – mayın 28-də Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşündə bu gün də dillər əzbəri olan məşhur çıxışını etdi. Əslində, həmin çıxış hələ də yersiz inaddan əl çəkməyən separatçılara verilən sonuncu şans idi. Prezident dedi ki, iki il yarım ərzində bütün planlarımız ardıcıllıqla, tədricən həyata keçdi və biz öz planlarımızın son addımlığındayıq, o addım da atılacaq və buna şübhə etmir: “Buradan – uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə. Ona görə, yeganə yol qalıb – Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz saxta “dövlət atributları”nı zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq”.

Cənab İlham Əliyev dedi ki, biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalı, özünü “prezident” adlandıran ünsür təslim olmalı, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna, ancaq o təqdirdə hər hansı amnistiyadansöhbət gedə bilər.

Ancaq onlar sonuncu fürsəti də qaçırdılar. Ermənistanın və qondarma rejimin qalıqlarının təxribatları səngimədi. Baş nazir Nikol Paşinyan 2023-cü il sentyabrın 2-də qondarma “Dağlıq Qarabağın müstəqillik bəyannaməsi”nin ildönümü ilə əlaqədar təbrik müraciəti ünvanladı. Sentyabrın 9-da isə bölgədə qondarma “prezident seçkiləri” keçirildi. Bütün bunlar bizim səbrimizi daşırdı və hadisələr başqa cür inkişaf etdi. Yəni, antiterror tədbirlərinin həyata keçirilməsi qaçılmaz oldu. Bundan sonra baş verən proseslər, yəni, Qarabağdan erməni əhalinin kütləvi köçü və rejim “rəhbərləri”nin həbs edilərək Bakıya gətirilmələri onların öz təqsirlərinin nəticəsidir. Onlar bu gün dəmir barmaqlıqlar arxasında olmalarına görə başqalarından inciməməli, özlərindən küsməlidirlər. Çünki 2020-ci ilin noyabrından sonra onlara dəfələrlə şans verilmişdi. Onların prosesləri tamamilə başqa cür etmək üçün imkanları var idi. Ancaq onlar fərqli yolla getməyi üstün tutdular. Nəticə göz önündədir.

Hazırda məhkəmədə ifadə verən D.Babayanın da reinteqrasiya təşəbbüslərinə qarşı çıxdıqlarını etiraf etməsi bizim üçün yenilik deyil. Biz bunu bilirdik. İndi isə o, bunu öz dili ilə bəyan edir. Onu da yada salaq ki, sonuncu “vəzifəsi” “dqr prezidentinin müşaviri – xüsusi tapşırıqlar üzrə nümayəndə” olan həmin bu Babayan 2023-cü il martın 10-da BBC-yə verdiyi müsahibəsində deyirdi ki, Azərbaycanın tərkibində olmaq istəmirik, yaxşı qonşu olmaq (?) istəyirik. O, həmçinin təkəbbürlə deyirdi ki, Azərbaycan Respublikasının dövlət bayrağı Qarabağ ərazisində yalnız Xankəndidə səfirlik açacağımız təqdirdə ucaldıla bilər. Bütün bunlar göstərir ki, separatçılar bu taleyi özləri yazdılar.

Ramiyə MƏMMƏDOVA, 
“World Panorama” Strateji Araşdırmalar və İnkişaf Mərkəzinin rəhbəri, politoloq

– Keçmiş qondarma rejimin başçıları xarici havadarlarının vədlərinə arxayınlaşaraq, Qarabağın Azərbaycan torpağı olması fikrini əzəl gündən qəbul etməyiblər. Onların bu fikrə düşməsində zərərli tarixi ideologiya ilə “beyinlərinin yuyulması”nın da özünəməxsus rolu var. Onlar beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Qarabağın Azərbaycan ərazisi olmasına dair qəbul etdiyi sənədlərə məhəl qoymayıblar.
Onlar Ermənistan tərəfindən verilmiş həm sadə, həm də diplomatik pasportlarla bütün dünyanı gəzib dolaşıblar və hesab ediblər ki, Azərbaycan da gec-tez bu vəziyyətlə barışacaq. Halbuki bu, mümkün olacaq hal deyildi. Separatçılar hətta, İkinci Qarabağ müharibəsindən sonra da əvvəlki mövqelərindən əl çəkməyərək reinteqrasiya prosesinə başlamadılar. Xaricdəki havadarları, ideoloqları da bu işdə onlara yardım etdilər. Real vəziyyəti izah etmək əvəzinə, yalan vədlər verdilər. Beləliklə, bir gündən az davam edən antiterror tədbirləri nəticəsində bölgədə qalan Ermənistan silahlı qüvvələri tam tərk-silah edilərək Azərbaycan ərazisindən çıxarıldılar. Qondarma rejimin qalıqlarının isə ləğv olunduğu elan edildi. Azərbaycan öz ərazisində separatçılığa, “boz zona”ya son qoydu. Ancaq keçmiş rejimin “rəhbərləri” rasional şəxslər olsaydılar, Azərbaycanla danışığa gedər və bugünkü aqibətlə üzləşməzdilər.

Səxavət HƏMİD 
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Aprel 2025 23:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

20 May 2026 11:24see302

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

20 May 2026 11:35see280

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see209

WUF13 də uşaqlar üçün yaradılan xüsusi zonadan FOTOREPORTAJ

19 May 2026 18:57see195

ABŞ Senatı Müharibə Səlahiyyətləri Qətnaməsini irəli sürülməsində irəliləyiş əldə edib

20 May 2026 03:27see192

WSJ: ABŞ İranla əlaqəli olduğu iddia edilən neft tankerini ələ keçirib

20 May 2026 01:41see187

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see185

Android istifadəçilərinə pis xəbər: “Gemini Intelligence” çox telefonda işləməyəcək

20 May 2026 05:42see182

Avropa İttifaqı onları sanksiya siyahısından çıxardı

20 May 2026 05:01see180

Qrizmann Atletiko Madrid azarkeşləri üçün vida mesajı yayımlayıb

20 May 2026 04:11see176

15 nəfərin öldüyü təyyarə qəzasının Anbaan görüntüləri

20 May 2026 04:36see176

Novxanıda hotel yanır

19 May 2026 19:10see170

“Google”da 25 il sonra Yeni dövr

20 May 2026 04:32see167

Konte “Napoli”dən ayrılır

20 May 2026 05:51see165

Rubio mayın 23 dən 26 dək Hindistana səfər edəcək

20 May 2026 01:45see161

Mbappeni transfer etməkdə maraqlıdır

20 May 2026 01:06see156

ABŞ SEPAH la bağlı 15 milyon dollar MÜKAFAT elan etdi

20 May 2026 00:51see152

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see151

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see148

Meyvə şirəsi zərərlidir? Açıqlama

19 May 2026 20:38see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri