Icma.az
close
up
RU
Erməni diasporu Azərbaycana HÜCUM ETDİ

Erməni diasporu Azərbaycana HÜCUM ETDİ

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-dakı erməni diasporu Azərbaycana qarşı yeni təbliğat kampaniyasına start verib.

Buna səbəb ABŞ Prezidenti Donald Trampın Qəzza münaqişəsinin həlli ilə bağlı planı çərçivəsində Azərbaycan sülhməramlılarının bölgəyə göndərilməsi ehtimalıdır.

Məlumata görə, Amerika Erməni Milli Komitəsi (ANCA) Azərbaycanın mümkün iştirakına qarşı çıxmaq üçün 18 qeyri-hökumət təşkilatını ətrafına toplayaraq "koalisiya" yaradıb.

Modern.az xəbər verir ki, "koalisiya"nın Azərbaycana qarşı saxta ittihamlarla dolu bəyanatı ABŞ-ın "Politico" nəşrində dərc olunub.

ANCA və tərəfdaşları iddia edirlər ki, Azərbaycan ilə İsrail arasında sıx hərbi-texniki əməkdaşlıq guya “qaçılmaz maraq toqquşması” yaradır və Bakının Qəzzada neytral sülhməramlı rolunda çıxış etməsinə imkan vermir. 

Eyni zamanda erməni dairələri “ermənilərlə fələstinlilər arasında tarixi yaxınlıq” arqumentindən, habelə Azərbaycan-İsrail əlaqələrinə qarşı illərdir apardıqları kampaniyadan istifadə edərək Bakının hər hansı beynəlxalq missiyada iştirakını qaralamağa çalışırlar.

Bu fonda beynəlxalq mediada, o cümlədən İsrail mətbuatında Azərbaycanın, eləcə də İndoneziya və Pakistanın Qəzzaya göndərilməsi nəzərdə tutulan beynəlxalq sabitləşdirmə qüvvələrinin mümkün iştirakçıları kimi müzakirə olunduğu barədə məlumatlar yayılıb. 

Lakin son günlərdə Bakının rəsmi mənbələri bildiriblər ki, Azərbaycanın belə bir missiyada iştirakı yalnız Qəzzada tam atəşkəs rejimi təmin olunduqdan sonra nəzərdən keçirilə bilər. HƏMAS-ın silahı tam şəkildə təhvil verməməsi və İsrailin hələ də zərbələr endirməsi fonunda Tramp planının ikinci mərhələsinə keçidin real olmadığı vurğulanır.

Hər bir halda erməni diasporunun iddiaları bir neçə səbəbdən əsassız görünür. Azərbaycan sülhməramlıları olduqları ölkədə daim sabitliyi təmin edib, fəaliyyətlərini peşəkar əsaslarla qurub. Məğlubiyyət sindromundan xilas ola bilməyən erməni diasporunun bu saxta fəaliyyəti növbəti təbliğat kampaniyasının tərkib hissəsidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:257
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Noyabr 2025 08:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri