Icma.az
close
up
RU
Azərbaycana hücum Rusiya üçün intihar olar Erməni ekspert

Azərbaycana hücum Rusiya üçün intihar olar Erməni ekspert

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Kremlin təbliğatçısı Volodimir Solovyov sərhədlərin kövrək olduğunu, Azərbaycanı nəzərdə tutaraq xüsusən də "Rusiya ilə sərhəddə yerləşən ölkələrin sərhədlərinin asanlıqla dağıldığını" deyib. Solovyov bununla da Azərbaycanı Rusiyanın hərbi müdaxiləsi ilə hədələyib.

Bakupost.az xəbər verir ki, Türkiyədə yaşayan erməni siyasi şərhçi İşxan Verdyan onun bu fikirlərinə cavab verib.


Onun sözlərinə görə, Rusiyanın Azərbaycan üzərində qələbə qazanmaq üçün demək olar ki, heç bir şansı yoxdur:

“Birinci səbəb Türkiyədir. Şuşa Bəyannaməsi Bakı və Ankaranı kağız üzərində deyil, reallıqda müttəfiq edir. Türkiyə pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə sistemləri, kəşfiyyat və hərbi müşavirlər münaqişənin ilk günlərindən etibarən Azərbaycanın sərəncamında olacaq. Türkiyə Rusiyanın möhkəmlənməsini gözləməyəcək, tez və təsirli şəkildə müdaxilə edəcək.

İkincisi, logistika məsələsidir. Rusiyanın Azərbaycanla sərhədi dar Xəzəryanı dəhlizdir. Hər hansı bir təchizat kolonu və ya texnika dronlar və artilleriya üçün asan hədəfdir. “Butulka boğazı”na hücum qüvvəsi görəmək daimi itkiləri təmin etmək deməkdir.

Üçüncüsü — texnoloji fərq. Azərbaycan PUA-ları təkcə silah kimi deyil, hərbi doktrinanın bir hissəsi kimi istifadə edir: Zərbə və kəşfiyyat dronları, artilleriya və yüksək dəqiqlikli silahlarla inteqrasiya... Bunlar artıq Qarabağ müharibəsində sınanıb. Rusiya havadan atəş altında və effektiv gizlənmək imkanı olmadan hücuma keçəcək.

Dördüncüsü — resurslar. Rusiya ordusu Ukrayna müharibəsi nəticəsində tükənib. Texnika köhnəlib, sursatlar tezliklə tükənir, nəinki bərpa olunur, təcrübəli hissələr isə artıq 2021-ci ildəki kimi deyil. İkinci cəbhə açmaq onsuz da məhdud olan resursları havaya sovurmaqdır.

Ümumilikdə bu o deməkdir ki, Rusiya hücuma keçsə belə, onun strateji qələbə şansı cüzi olacaq. Uzunmüddətli qanlı müharibə mümkündür, amma qələbə yox.


Siyasi tarixdə belə müharibələrə tez-tez intihar müharibələri deyilir. Və bu, məhz belə bir haldır. Əslində, Solovyov Rusiyanı intiharla hədələyir”.


Aysel,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 14 Avqust 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri